Flaş / Gündəm / Azərbaycan / Publisistika
İran sizə birtərəfli qaydada dəstək verməyə borcludurmu?
Dedim yazmayacam, amma məcbur edirsiniz deyə yenə yazıram.
Bəziləri görürəm yenə yazırlar, tələb edirlər ki, "ay, bizə niyə dəstək olmur məlum dövlət tərəfindən?", "ay, bəs islam adından niyə istifadə edirlər?", "biz ancaq özümümüzü sevməliyik" və s.
Bu kimi fikirlər səsləndirməklə "hamı bizə borcludur" prinsipi ilə sözlər danışırlar.
Yaxşı, əgər biz özümüzü sevməliyiksə, yalnız özümüz barədə düşünməliyiksə, niyə başqasından həmin sevgini bizə göstərməsini tələb edirik?!
Hər şey qarşılıqlı olmalı deyilmi?
Əgər tələb ediriksə, deməli bizdən də tələb edə bilərlər.
Əgər müsəlmançılıq, islam adına, əsasən də qonşu İrandan bizim qarşılığını verə bilməyəcəyimiz fəaliyyət tələb ediriksə, deməli onlar da tələb edə bilərlər.
Ermənilərin məscidləri dağıtmasına görə onlardan diqqət tələb edirsinizsə, əgər həqiqətən dərdiniz Allah evidirsə, İsrailin də Fələstində dağıtıqları məscidlərə görə də narahat olmalısınız!
Niyə buna görə narahat olmursunuz?
Ancaq özünüzə tələb edirsiniz? Hanı sizin müsəlman həmrəyliyiniz?
Ümumiyyətlə sizin həqiqətən islam adına danışmağınıza nə kimi ixtiyarınız var? Baxın məsələn, İran 79-cu ildən bəri Amerika ilə müharibə vəziyyətindədir. Bircə dəfə özünüzü müsəlman kimi aparıb İrana görə Amerika ilə əlaqələri kəsməyi çağırmısınız? Amerika ilə əlaqələri kəsmək cəhənnəmə, heç olmasa onlara etiraz etmisiniz? Amerika dəfələrlə İranı müharibə ilə hədələyəndə bircə dəfə narahat olmusunuz?
"Əşi, biz də müsəlmanıq, onlar da müsəlmandır və müsəlmana qarşı hədə bizə də hədədir" - kimi sözlərlə heç olmasa etiraz etmisiniz?
Etməmisiniz, bəlkə də Amerikaya İranı dağıtmaq üçün dəstək də vermisiniz.
Əgər siz bunu etməmisinizsə, İrandan niyə bunu qarşılıqsız gözləyirsiniz?
Halbuki İran sənin qarşılığına baxmayaraq 92-ci ildən bəri sənə dayaqdır. Əlindən nə kömək gəlibsə onu edib. Silahdırsa silah, ərzaqdırsa ərzaq...
Elə günlərdə kömək edib ki, sənin bu gün qardaş dediyin Türkiyə o vaxtı düşmənə ərzaq yardımları edirdi.
Deyirəm, təmiz özünüzü qoymusunuz bədbəxt günə.
İslam dünyasından ədalət tələb edirsiniz. Halbuki islam düşmənləri ilə çiyin-çiyinə hərəkət edirsiniz.
Məsələn, NATO ilə İraqda, Əfqanıstanda "sülhqayırma" əməliyyatlarında - müsəlmanların işğalında birgə fəaliyyət göstərmək kimi hərəkət edirsiniz. İslam düşməni, müsəlmanları qətl edib, torpaqlarını işğal edən İsraillə yüksək səviyyədə əlaqə qurmusunuz. Bu kimi işlərdən sonra islam ölkələrindən, əsasən də İrandan islami ədalət tələb etmək heç bir ədalətə sığışmır axı...
Ayrı daha nə qaldı?..
Mövzu linkləri:
Həmçinin oxuyun: