Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
15:11, 27 noyabr 2022
359
0

Aleksandr Duqin: Kastro geopolitik, milli kimliyin müdafiəçisi və ABŞ hegemonluğuna qarşı döyüşən əsgər kimi


Moskvada Kuba İnqilabının lideri Fidel Kastronun abidəsinin açılışı onun təkcə Latın Amerikası deyil, bütün bəşəriyyət tarixindəki rolunun qiymətləndirilməsi, xatırlanmasıdır.

Bu barədə Moskvanın Sokol rayonunda Kastronun heykəlinin ucaldılması ilə bağlı təntənəli açılış mərasimdə iştirak edən “Beynəlxalq Avrasiya Hərəkatının” lideri, filosof Aleksandr Duqin bəyan edib.

"Fidel Kastro əsasən kommunist hərəkatı ilə əlaqələndirilir, lakin o, Latın Amerikası kimliyi, Qərbdən müstəqil Cənubi Amerika sivilizasiyası uğrunda mübarizənin ən böyük qəhrəmanı idi. Kastronun ideologiyasına, xüsusən də onun ən yaxın silahdaşı Ernesto Çe Gevaranın ideologiyasına nəzər salsaq, onda kapitalizmlə mübarizədən, kommunist marksist doqmadan əlavə, həm də çox dərin milli azadlıq ideologiyası aspektlərini görərik. Və burada başqa kommunist rejimlərində olduğu kimi sərt ateizm yox idi. ABŞ-ın anqlo-sakson sivilizasiyasından tamamilə fərqli olan Latın Amerikası mədəniyyətinin özəllikləri haqqında anlayış var idi” - deyə Duqin izah edib.

Duqin Kastronun 20-ci əsrin ən böyük geopolitiklərindən biri olduğuna da diqqət çəkib:

“O, əslində ABŞ-dan azad olan Latın Amerikası qitəsinin mümkün taleyini təsvir etdi və diqqətini Avrasiyaya - quru sivilizasiyasına yönəltdi.Yəni Kuba quru sivilizasiyasının tərəfində dayanan bir ada idi. Geopolitika “dəniz sivilizasiyası” və “quru sivilizasiyası” anlayışları ilə fəaliyyət göstərir. Kastro Latın Amerikasında quru sivilizasiyasının bayrağını dəniz sivilizasiyasına qarşı qaldırandır.. Kubanın SSRİ ilə müttəfiqlik münasibətlərinin həm ideoloji, həm də geopolitik ölçüləri var idi. Və Kastronun siyasətində qoyduğu və Kuba üçün istiqamətverici ulduza çevrilən prinsiplərinin və onun təqaüdə çıxmasından, ölümündən sonra sonra da bu geosiyasi davamlılığı qoruyub saxlaması vacib məsələdir. Ona görə də Kuba müasir Rusiyanın müttəfiqi olaraq qalır. Rusiya da ideoloji kontekstdən kənarda, marksizmdən kənarda Kubanın müttəfiqi və dostu olaraq qalır. Bu çox vacibdir" – deyə filosof bildirib.

Buna görə də, Aleksandr Duqinin fikrincə, Kastronun missiyası müstəsna olaraq kommunist hərəkatından kənara çıxır, bu, onun bəşəriyyətin taleyinə verdiyi nəhəng tarixi töhfədir və Moskvada abidənin açılması Kastro missiyasının bu universal, metodoloji aspektini vurğulayır.

“Və bu, Rusiyanın dostunun abidəsidir. Bu, çoxqütblü, ədalətli dünya uğrunda böyük mübarizin və bu gün Şimali Amerika hegemonluğundan azadlığı və müstəqilliyi uğrunda mübarizəni davam etdirən Latın Amerikası sivilizasiyasının qəhrəmanının abidəsidir” - Beynəlxal Avrasiya Hərəkatının rəhbəri yekunlaşdırdı.

Xatırladaq ki, Kuba İnqilabının lideri Fidel Kastronun abidəsinin açılışı 22 noyabr 2022-ci ildə, Moskvanın eyniadlı meydanında Rusiya və Kuba prezidentləri Vladimir Putin və Migel Dias-Kanel Bermudesin iştirakı ilə təntənəli şəkildə baş tutmuşdu.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)