Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
17:31, 11 aprel 2022
959
0

Duqin: “İstanbul sammiti sabotaj edildi”

Beynəlxalq Avrasiya Hərəkatının lideri, rusiyalı geopolitik və filosof, dünya ictimaiyyəti tərəfindən "Putinin beyni", "Putinin müşaviri" adlandırılan Aleksandr Duqin Ukrayna hadisələri ilə bağlı "Türkiye qazetesi"nə müsahibə verib. O, həmin müsahibədə xeyli maraqlı fikirlər səsləndirib və bu materialTürkiyə mətbuatının demək olar bütün məşhur qəzetlərində dərc edilib. 

Demotiya.com olaraq biz də həmin materialı tərcümə edib sizə olduğu kimi təqdim edirik.

Aleksandr Duqin "Türkiye qazetesi"ndən Yılmaz Bilgenə müsahibə verərkən Kramatorsk Dəmir Yol Stansiyasına atılan raketin Ukrayna ordusunun inventarında olduğunu iddia edən Duqin, "Baş verənlər bir ssenaridir, məqsəd isə İstanbulda alınan müsbət məsafəni sıfırlamaqdır" deyib. Dünya ictimaiyyətini narahat edən kimyəvi maddələrin istifadəsi ilə bağlı açıqlama verən Duqin, ABŞ və ya NATO-nun bu sahəyə eniş etməsi halında kimyəvi maddələrdən istifadənin mümkün olduğunu bildirib.

Putinin Rusiyasının xarici siyasət nəzəriyyəçilərindən olan Aleksandr Duqin “Rusiya ordusu hazırda birqütblü dünya tətbiq edən suveren güclərlə mübarizə aparır. Bu müharibəni uduzmağımız mümkün deyil. Əks halda bütün dünya yanğın yerinə çevriləcək”, - deyə əlavə edib.

Qəzetimizə xüsusi açıqlamalar verən Duqin Ukrayna müharibəsinin nəticələri ilə yeni dünyanın qurulacağını fikrini müdafiə edib. Duqin deyib: “Rusiyanın məqsədi təkcə Ukrayna deyil. Bizim Ukrayna addımımız SSRİ-dən sonra yaranmış ABŞ-NATO mərkəzli birqütblü dünya nizamına qarşı atılmış bir çağırışdır. SSRİ-dən sonra bir çox dövlətlər yarandı. Lakin onların arasında Ukraynanın çox xüsusi yeri var. “Qərb bizə qarşı Ukraynanı "qoçbaşı" olaraq seçdi”.

NATO ÖLKƏLƏRİ BİZƏ HÜCUM EDƏCƏKDİ

Duqinin sözlərinə görə, NATO ölkələri özlərinə hücum bazası kimi Ukraynanı seçiblər və əgər fevralın 24-də Rusiyanın hərbi müdaxiləsi olmasaydı, Rusiyaya qarşı hücumlar Ukrayna ərazisindən başlayacaqdı.

Müharibənin başlayandan bəri verdikləri itkilərlə bağlı Duqin “Bu vəziyyət normaldır. Əgər gözləsəydik, çox böyük, bərpası mümkün olmayan itkilər verərdik və bundan qat-qat yüksək bədəllər ödəyəcəkdik”.

Duqin döyüşlərin getdiyi yerlərdə qismən durğunluğu, qoşunların Kiyev və onun ətrafından çıxarılmasını bu sözlərlə izah edib: “İndi baş verənlər müvəqqəti vəziyyətdir. Bir çox nöqtələrdə görünən geri çəkilmə sırf taktiki bir hərəkət idi. Hazırda orduda komandanlıq da daxil olmaqla geniş reviziyalar aparılıb. Ordu hazırlıqlarını tamamlayanda ilk olaraq Donbas tamamilə təmizlənəcək. Daha sonra Kiyev də daxil olmaqla Ukraynanın bütün şəhərlərinə hücumlar başlayacaq. Donbasın və ya Ukraynanın müəyyən hissəsinə nəzarət etmək Rusiyanın qələbəsi deyil. Bütün ölkə üzrə qarşıya qoyulan hədəflər məhv edilməyənə və təhlükəsizlik bərpa olunmayana qədər və ya Zelenski təslim olana qədər əsgərlərimiz evlərinə qayıtmayacaq”.

LİDERLƏRİN ZİRVƏSİ OLA BİLMƏZ

Kiyevdə müstəqil hökumətin olmadığını deyən Duqin Zelenski üçün “piyada” ifadəsini işlətdi və Qərb ölkələrinin bu müharibənin davam etməsini istədiklərini söylədi.

Duqin “Son hadisələr liderlər arasında görüş ehtimalını tamamilə aradan qaldırdı. Çünki qarşımızda müstəqil dövlət  və iradəli rəhbər yoxdur. Qərb dövlətləri bu müharibə ilə Rusiyanı zəiflətdiklərini düşünürlər. Bu səbəbdən sadəcə diqqəti yayındırma vasitəsinə çevrilən sülh danışıqlarının heç bir mənası yoxdur”, - deyə bildirib.

DƏMİR YOL VAĞZALINI VURAN ONLARDIR

Lazım gəldikdə Putin də daxil olmaqla Rusiya idarəçilərinə fikirlərini ifadə etdiyini açıqlayan Duqin, Buçada baş verənlərin Qərb ölkələri və Ukrayna qüvvələrinin hazırladığı ssenari olduğunu bildirib. Məqsəd Türkiyənin üzərinə götürdüyü sülh missiyasını sabotaj etmək və İstanbul danışıqlarında əldə edilən müsbət məsafəni sıfıra endirmək idi. İrpen və Buça hadisələrindən sonra Kramatorsk Vağzalına edilən hücumla danışıqlar masasının aşdığını qeyd edən Duqin, vağzalı vuran raketin Ukrayna ordusunun inventarında olduğunu iddia edib. Türkiyənin ləyaqətli, rasional və konstruktiv siyasət yürütdüyünü xatırladan rusiyalı politoloq bildirib ki, bütün bu proses başa çatdıqdan sonra müstəqil və güclü ölkə mövqeyində israrlı olan Türkiyə ciddi qazanc əldə edəcək.

ƏGƏR NATO DÖYÜŞ MEYDANINA ÇIXARSA, KİMYƏVİ SİLAHDAN İSTİFADƏ EDƏCƏYİK

Aleksandr Duqin bütün dünya ictimaiyyətini narahat edən kimyəvi maddələrin istifadəsi ilə bağlı verdiyi açıqlamada, “Rusiya ordusu heç bir şəkildə kimyəvi silah variantına əl atmır. Lakin ABŞ və ya NATO-nun meydanına çıxması vəziyyətin dəyişməsinə səbəb olacaq. Çünki buradan istədiyimizi almasaq, bu alov Rusiya torpaqlarına keçəcək. Heç kim bizdən belə bir ehtimala dözməyi gözləməməlidir. "Bu, Rusiya üçün milli təhlükəsizliyə təhdiddir və bizim belə bir riskə qarşı kimyəvi variant da daxil olmaqla, hər cür qabaqlayıcı tədbirlər görmək hüququmuz var" - deyə Duqin qeyd etdi.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)