Flaş / Gündəm / Siyasət-Region / Siyasət-Analitika / Publisistika
Qərbin "Qaz Maydanı"ndan çıxan nəticə - Valeri Korovin
Qazaxıstanda baş verənlərdən sonra heç kəsdə Qərbin postsovet məkanı ölkələri ilə bağlı əsl niyyətləri barədə heç bir illüziya qalmadı.
Qərbə qarşı hər hansı bir “açılış” yalnız bir şey deməkdir - indiki hökuməti gələcəkdə devirmək və dövləti Amerikanın strateji nəzarəti altına salmaq üçün onun ərazinizdə qərbyönümlü şəbəkələr yaratmaq imkanı yaranır. Qazaxıstanın "çoxvektorlu" adlandırılan siyasəti son 30 ildə üç sivilizasiya qütbü - Qərblə, Rusiya ilə və Çin ilə oyun oynamaq olub.
Qütblərdən biri öz təsirini artıran kimi, Qazaxıstan çoxvektorlu ruhuna sadiq qalaraq digər qütbə doğru istiqamətlənirdi. Digəri təsirini gücləndirdikdə isə - üçüncü qütbə qarşı.
Amma bu sivilizasiya qütblərinin təsirləri bir-birindən tamamilə fərqlənirdi. Əgər Rusiya tam olaraq bəyan etdiyi şeyləri - hər iki tərəfin maraqlarına uyğun olaan Avrasiya inteqrasiya layihələrini inkişaf etdirirdisə, Qazaxıstanın ona “açılmasından” Çin isə öz iqtisadiyyatını inkişaf etdirmək üçün istifadə edirdi ki, bu da, qoyulan investisiyaları nəzərə alsaq, ümumiyyətlə pis deyildi. Qərb isə Qazaxıstanın “açılışından” və ona tərəf dönməsindən yalnız bir məqsəd üçün istifadə etdi – Amerika şəbəkələri yaratmaq, sonra Maydan təşkil etmək, mümkünsə vətəndaş müharibəsi etmək, mövcud hakimiyyəti devirmək və bu dövləti ələ keçirmək.
Qərb Qazaxıstanla bağlı başqa heç nə planlaşdırmırdı - nə Çin kimi investisiya, nə də Rusiya kimi daha çox qarşılıqlı faydaya əsaslanan iqtisadi inkişaf.
Qərbə bir az çox meyl Qazaxıstanın ilk “qaz maydanına” çevrildi. Qərbin heç kim üçün dağıtmaqdan, fəth etməkdən başqa heç bir proqramı yoxdur.
Qoy qazax “qaz maydanı” hamı üçün son dərs olsun: Qərb və ABŞ ilə istənilən əməkdaşlıq qaçılmaz dağıntı və işğal deməkdir.
Bütün bu baş verənlərdən çıxan əsas nəticə budur ki, Qərbi, onun şəbəkələrini, dəyərlərini və mövcudluğunu hər yerdən qovmaq, agentlərini tamamilə təmizləməkdir. İlk növbədə, öz elitalarında. Əks halda, bu, fəlakət və son olacaq.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa