Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Cəmil Şirvanov: Soyuq müharibə 1991-ci ildə başa çatmadı. 2014-cü ildən isə daha güclü dalğa ilə davam edir.
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev hesab edir ki, Avropa Birliyi və Avrasiya İqtisadi Birliyi gələcəkdə birləşə bilər.
“Bu birləşmə sırasında daha samballı təşkilat Şanxay Əməkdaşlıq Təşkilatıdır. O daha çox iqtisadi infrastruktura malikdir... Kim bilir, bəlkə gələcəkdə Avropa Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı birləşdilər? ideal variant o olardı ki, Avropa Birliyi və Avrasiya birliyi birləşib vahid təşkilat olaydılar. Bunun nə vaxt olacağını bilmirəm, amma əminəm ki, insanlıq bu birləşmənin vacibliyini anlayacaq və bunu edəcək” – deyə Nazarbayev amerikalı rejissor Oliver Stouna onun “Qazax. Qızıl insanın tarixi” filmi üçün verdiyi müsahibəsində deyib.
Əslində ideya çox möhtəşəmdir, lakin utopikdir. Ümumiyyətlə Şarl de Qoll da “Böyük Avropa” – Lissabondan Vladivostoka qədər konsepsiyasını düşünmüşdü. “Ümumavropa evi” ideyasına Rusiya (o zaman SSRİ) da daxil idi. Bu barədə Avropanın müasir siyasətçiləri və Vladimir Putin də danışıb. Lakin çox təəssüf ki, bu bir şərtlə mümkün ola bilər: Əgər Avropa Birliyi müstəqil geopolitik subyekt olsa. AB nə qədər ki, ABŞ-ın peykidir, onun kiminləsə birləşməsindən danışmaq çox tezdir.
ABŞ-ın intriqaları olmasa idi Avrasiya çoxdan birləşmişdi. Avropada soyuq müharibə çoxunun qəbul etdiyi kimi 1991-ci ildə bitmədi. Bugünkü günə qədər davam edir. 1991-ci ildə bir az səngisə də dayanmadı. 2014-cü ildən isə daha güclü dalğa ilə davam edir. Ona görə də çox təəssüf hissi ilə qeyd etməliyik ki, indi söhbət nəinki birləşmədən gedə bilməz, hətta adicə dialoq qurmaq çox çətinliklə başa gəlir.
Lakin Avrasiya Birliyi ilə Şanxay əməkdaşlıq Təşkilatının birləşməsi haqqında danışmaq daha praqmatik addım olardı. Üstəlik Qərb özünün fəaliyyəti ilə tərəfləri bu birləşməyə doğru itələyir.
Mövzu linkləri: