Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Publisistika
14:28, 18 sentyabr 2021
532
0

Amerikalılar dünyanı zibilləyirlər


Fransanın Orient XXI və Mediapart portalı yazır:

Amerikanlar bütün planeti zibilləyirlər və dəhşətli qlobal istiləşmənin səbəbkarı onlardır. 

Baş tezizlər:

ABŞ-ın Müdafiə Nazirliyi ən çox parnik qazı yaradan təşkilatdır.

İqlim üçün ən təhlükəlisi ABŞ Hərbi Dəniz Qüvvələridir. ABŞ-ın hərbi gəmilərindən təbiətə tullanılan qara karbon havanı və iqlimi çirkləndirir, ətraf aləm və insanlar üçün böyük risk yaradır. Buraya sahilboyu regionların ekoloji vəziyyəti də daxildir. Çünki limanlarda və bazalarda olan gəmilər bir qayda olaraq dizel yanacağından istifadə edirlər və havaya əhəmiyyətli dərəcədə azot oksidi buraxırlar.

Yaxın Şərqdə parnik qazlarının yaranması bir neçə elementdən asılıdır:
Hərbi təminat və hərbi strukturların müxtəlif xidmətlərinə dəstək üçün istifadə edilən nəqliyyat vasitələri, gəmilər, təyyarələr və digər texnikalar;
Buxar və elektrik enerjisi istehsalının təlimi, hərbi bazların enerji ilə təmin edilməsi üçün elə oradaca birbaşa istehsal edilən və ya xarici təminatçıdan alınan elektrik enerjisi;
Bərk tullantıların basdırılması və utilizasiyası üçün nəzərdə tutulmuş poliqonlar;
Özəl şirkətlərin hava və yerüstü nəqliyyat vasitəsilə daşıdıqları yüklər.

Hərbi təminat üzrə çatdırılmalar zamanı böyük miqdarda parnik qazaları havaya ifraz olunur. Bu çatdırılmaları zamanı ət, digər qida məhsulları, yanacaq(yanacaq ən çox ABŞ-dan Əfqanıstana daşınırdı), geyimlər və hərbi qüvvələrin qidalanması, geyimi, digər təminatları üçün lazım olan digər məhsullar daşınır. Bundan başqa, tank, top, gəmi, təyyarə istehsal edən hərbi-sənaye kompleksinin tullantıları da əhəmiyyətli rol oynayır. Məsələn, Lockheed Martin şirkətinin 2020-ci ildə havaya buraxdığı parnik qazları və CO2-nin miqdarı 33 milyon tondan çox olmuşdur.

Hətta amerikanlar çıxıb getdiyi yerlərdə belə sözün həqiqi mənasında planeti çirkləndirən zibil dağları qoyub gedirlər.

Amerikanın iraqda olan ikinci ən böyük hərbi bazası olan Bələd birləşmiş hərbi bazasında 25000-dən çox hərbi qulluqçu yaşayır ki, onlar hər gün 140 tondan çox tullantını yandırırlar. Bu isə o deməkdir ki, amerikanlar havanı həmin bazadan şimal-qərb istiqamətində yerləşən, 40000 sakini olan Bələd şəhərinin havanı çirkləndirməsi normasından 3 dəfə çox çirkləndirirlər. Orada yerləşən ən böyük zibil yandırma dərəsi 4 hektar ərazini əhatə edir və 2003-cü ildən bəri fasiləsiz olaraq yanmaqdadır. Ətraf aləmin vəziyyətinin qiymətləndirilməsi üzrə qrup 2006-cı ildə həmin dərəni “dünyanın ən pis ekoloji obyekti” adlandırmışdı. Bazada qulluq keçən hərbi qulluqçuların əksəriyyəti baş ağrılarından, öskürəkdən və buundan gələn qara ifrazatdan əziyyət çəkiblər. Belə bazaların yaxınlığında yaşayan yerli əhali arasında isə xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayı sürətlə artmaqdadır. Məlumat üçün qeyd edək ki, Co Baydenin oğlu da bu bazada xidmət edirdi və xərçəng xəstəliyinə tutuldu və öldü.

Yeraltı suların müxtəlif kimyəvi maddələrlə çirklənməsi isə Amerikanın dünyada yerləşən bütün hərbi bazaları və aerodromları ətrafında müşahidə edilməkdədir.

Bütün bunlar ABŞ hərbçilərinin döyüş əməliyyatlarının nəticələrini sadalamadan ortaya çıxan nəticələrdir. Onların şəhərləri dağıtdığını, yandırıb külə döndərdiyini, çayları necə çirkləndirdiyini nəzərə almadan saydıqlarımız belə dəhşətlidir. Hətta amerikanların Yaxın Şərqdə müharibəsiz, “sülh” şəraitində mövcud olması belə milyonlarla insanın və bioloji aləmin sağlamlığı, ekoloji təhlükəsizliyi üçün təhdiddir. 

Mənbə: https://orientxxi.info/magazine/les-pollutions-indelebiles-de-l-armee-americaine-au-moyen-orient,5020


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)