Flaş / Dünya / Gündəm
12:02, 04 sentyabr 2021
419
0

"Taliban" qadınlara bu şərtlə iş və təhsil vəd etdi


“Taliban” rəsmisi Suheyl Şahin Əfqanıstanda hicablı qadınların təhsilə və işə sahib olacağını söyləyib.

“Qadın hüquqlarına hörmət ediləcək. Təhsil almaq və ya işləmək üçün heç bir problem yaşamayacaqlar. Amma biz (Əfqanıstan və ABŞ - red.) bir-birimizin mədəniyyətini dəyişdirməyə çalışmamalıyıq.

Hicabsız qadınların təhsilə sahib olması barədə dedikləriniz mədəniyyəti dəyişdirmək cəhdidir. Bu sizin üçün icazəlidir. Bizim mədəniyyətimizdə onlar (qadınlar - red.) Təhsil ala, işləyə, hicab geyinə bilərlər”, - deyə  Şahin Fox News-a bildirib.

Xatırladaq ki, bir müddət öncə “Taliban”nın yüksək rütbəli nümayəndəsi Vahidullah Haşimi İslam ilahiyyatçıları şurasının qadınlar üçün məcburi geyim qaydalarına qərar verəcəyini bildirmişdi. Eyni zamanda, “Taliban” qadınların bədənini tamamilə örtən bir burka taxmasını tələb etmədiklərini, üzü açıq olmaqla hicabla məhdudlaşdıqlarını bildirib.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)