Flaş / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Azərbaycan / Siyasət-Analitika
16:50, 23 avqust 2021
716
0

Azərbaycanın qələbəsində Moskvanın rolu


Analitiklər Azərbaycan Dağlıq Qarabağ ərazisinə nəzarəti bərpa etdikdən sonra Türkiyənin həm Qafqaz regionunda, həm də daha da geniş formada Orta Asiyada artan təsirini görməyə başladılar. Ərdoğan yenidən Türk dövlətlərindəki varlığını gücləndirməyə başladı, Gürcüstanda Türk maraqlarını ortaya qoymağa başladı, diqqətini əhalisinin böyük bir hissəsinin türk mənşəli (Əfqanıstan özbəkləri) olan Əfqanıstana yönəltdi.

Ancaq qeyd etmək lazımdır ki, bu cür meyllər neo-Osmançılığa uyğun gəlmir. Sözügedən bölgələrin əksəriyyəti heç vaxt Osmanlı İmperatorluğunun tərkibində olmayıb. Soyuq müharibə dövründə Pan-Türkçülük və Pan-Turanizm NATO ölkəsi olan Türkiyədə ABŞ tərəfindən süni şəkildə dəstəkləndi.

Ərdoğanın getdikcə suveren və müstəqil siyasət yürütməyə başladığı son on ildə isə pantürkizm xeyli zəiflədi. Lakin bu gün biz onun dirçəlişinin əlamətlərini görürük. Amma indi əvvəllər Türkiyə haqqında yayılan qorxulu fikirlərdən fərqli bir kontekstdə: Bu, Ərdoğanın şəxsi təşəbbüsüdür, artıq Qərbin kontinental Rusiyaya qarşı böyük bir oyunda Türkiyədən istifadə edərək təzyiq göstərməsi deyil.

Bu tendensiya xüsusilə Qarabağdan sonra hiss olundu və həm Türkiyədə, həm də Azərbaycanda bu qələbə tamamilə Bakı-Ankara ittifaqına aid edildi. Əslində, həlledici amil başqa bir şey - Əliyevin yaxşı döyüş hazırlığı ilə yanaşı, Putinin Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla bərpasına razılığını alması idi. Hadisələrin istiqamətləndirilməsində Moskva ciddi rol oynadı. Qarabağın kimin olacağı da Putindən asılı idi.

RUSYA-TÜRKİYƏ-AZƏRBAYCAN

Putin bundan əvvəl Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla beş rayonu təhvil verməklə Qarabağ münaqişəsinin qismən həllinə razılıq vermişdi. Lakin İrəvanda rəngli inqilab edən Soros və qlobalistlərin dəstəklədiyi Paşinyan bütün razılaşmaları ləğv etdi. Putin əslində müharibəyə razılıq verməməli idi! Putinin Qarabağla bağlı qərarı Paşinyanın siyasətinə və Ermənistandakı amerikapərəst və qərbyönlü lobbinin hərəkətlərinə cavab idi. İndi bunun hansı qərar olduğunu başa düşürük. Qərar tamamilə fərqli ola bilərdi. Və qorxuram ki, belə olan təqdirdə Türkiyə-Azərbaycan ittifaqı bu mövzuda bugünkü səviyyədə ola bilməzdi və bugünki nəticəni əldə edə bilməzdi.

Əslində, bir zamanlar Bizansdan sonra Osmanlıların nəzarətində olan Orta Şərqdəki türk mövqelərində də vəziyyət demək olar ki, eynidir. Burada da sırf Rusiyanın müdaxilə etmədiyinə görə Ərdoğan az -çox uğurlu siyasətini davam etdirə bilir. Ərdoğanın Qərblə, 2016-cı ilin iyulunda onu devirməyə çalışan Mərkəzi Kəşfiyyat İdarəsinin aid olduğu Qərblə indiki qarşıdurmasında Moskvanın kənardan dəstəyi Ankaranın öz mövqeyini gücləndirməsini təmin edən mühüm amildir.

Onu da deməliyəm ki, Suriyada, Liviyada, İraqda və indi Azərbaycanda bir çox şeyə göz yuman Moskvanın bu siyasəti bizim zəifliyimizin nəticəsi deyil, geniş miqyaslı geosiyasi hesablamadır. Rusiya çoxqütblü bir dünya qurur. O, ABŞ-ın təkbaşına hegemonluq etdiyi sahəni mümkün qədər məhdudlaşdırmağa çalışır. İddialı Ərdoğan da buna praktik olaraq töhfə verir. Ancaq bütün bunlar müəyyən bir nöqtəyə qədər etibarlı olacaq.

TÜRKİYƏNİN KİYEV VƏ AZƏRBAYCANLA BAĞLI MÖVQEYİ

Bu məsələ belədir: Ankaranın rus düşməni Kiyevlə hərbi ortaqlığı, Rusiyanın Türkiyə-Azərbaycan ittifaqına verdiyi töhfələr nəzərə alınmadan çox yüksək pafosla təriflənməsi və Orta Asiyada pantürkizmin fəallaşması. Ankaranın indiki Ukrayna siyasətinə tamamilə son qoyulması lazımdır (və nə qədər tez bir o qədər yaxşıdır). Türkiyənin xarici siyasətinin qalan aspektlərini qoruyub saxlamasında Moskva üçün problem yoxdur, amma bu siyasət NATO naminə olmamalı və qırmızı xətlər Rusiya ilə diqqətli şəkildə kordinasiya edilməlidir.

Türkiyənin Orta Asiyaya girməsi artıq Osmançılıq deyil, Türk Avrasiyaçılığının spesifik bir növüdür. Moskva prinsip etibarilə bunun əleyhinə deyil. Amma Türkiyə avrasiyaçılığı ilə Rusiya avrasiyaçılığı koordinasiya edilməlidir. Çünki Qazaxıstan, Qırğızıstan və Özbəkistan təkcə Rusiyanın müttəfiqləri deyil, onlar həm də müxtəlif iqtisadi və hərbi strukturların üzvləridir. Türkiyə də onlara qoşulub Rusiya ilə birgə hərəkət edə bilər.

Erməni problemini həll etməyin yeganə yolu budur. Axı Rusiya İrəvana görə məsuliyyət daşıyır. Və müharibədən sonra bölgənin yenidən qurulması zamanı bütün tərəflərin maraqlarını nəzərə alınmalıdır. Yeri gəlmişkən, Qarabağ münaqişəsində səbəbi məlum olmayan formada unudulmuş İran da var. Hansı ki, nahaq unudulub.

Avrasiyaçılıq son dərəcə əhəmiyyətli bir ideologiyadır, çünki onun heç bir doqması yoxdur. Bir az qeyri - müəyyənlik və açıqlıq bir fəzilətdir, mənfi cəhət deyil. Rusiya Hartlənd olaraq(yerin ürəyi, mərkəzi torpaq) olaraq bir Avrasiya qütbüdür. Tarixin coğrafi qütblərindən biri olaraq Avrasiyada hər hansı bir geopolitik konfiqurasiyanın qurulmasında əsas faktordur.

İDEOLOJİ VƏ GEOPOLİTİK ƏMƏKDAŞLIQ

Ankara çoxqütblü bir dünyanı seçərsə, "Kluba xoş gəldiniz və bütün tərəflərin istəklərini müzakirə edək" deyərik. Söhbət təkbaşına imperialist genişlənmədən və ya NATO - nun maraqlarına uyğun yeni bir xidmət göstərilməsi cəhdindən gedirsə, bu, konstruktiv olmamaqdan daha çox intihar etmək deməkdir. 

Rusiya üçün isə həm ideoloji, həm də geopolitik baxımdan Avrasiya doktrinasının potensialına xüsusi diqqət yetirməyin vaxtıdır. İdeologiyasız və sırf praqmatizmə əsaslanan uzunmüddətli inteqrasiya layihələri həyata keçirə bilmərik.

aydinlik.com.tr 


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)