Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
14:21, 22 avqust 2021
450
0

Britaniya Rusiya ilə əməkdaşlıq istəyir: nə qədər əlverişsiz olsa da...


Dominik Raab hesab edir ki, beynəlxalq əlaqə qrupunun yaradılması Talibana daha güclü təsir göstərməyə və onlara ümumi fikirləri daha yaxşı çatdırmağa imkan verəcək.

Qərb ölkələri Əfqanıstanda humanitar böhranın qarşısını almaq və terrorla mübarizə üçün Rusiya, Çin və Hindistanla birlikdə çalışmalıdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab "The Sunday Telegraph" qəzetinə müsahibəsində deyib.

"Əfqanıstanla bağlı danışıqlara, nə qədər əlverişsiz olsa da, Rusiya və Çin kimi vəziyyətə sakitləşdirici təsir göstərə biləcək ölkələri cəlb etməliyik", - deyə XİN rəhbəri bildirib.

Raab Londonun Əfqanıstanla əlaqə qrupu yaratmaq üçün BMT Təhlükəsizlik Şurasının iclasının təşəbbüskarı olduğunu əlavə edib. Siyasətçi hesab edir ki, beynəlxalq əlaqə qrupunun yaradılması Talibana* daha güclü təsir göstərməyə və onlara ümumi fikirləri daha yaxşı çatdırmağa imkan verəcək. Bundan əlavə, Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Londonun bu cür təşəbbüslərinin G7 ölkələrinin xarici işlər nazirlərinin 19 avqustda virtual formatda keçirilən görüşündə də müsbət qarşılandığını qeyd edib.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)