Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
14:11, 22 avqust 2021
461
0

Putinin Merkellə görüşdəki sentimental hərəkəti çinliləri heyran edib


Dmitri Peskov bildirib ki, Rusiyada qadınlara gül hədiyyə etmək tamamilə normal bir haldır. Onun sözlərinə görə iş yoldaşlarına və beynəlxalq münasibətlərdəki həmkarlara gül dəstəsi hədiyyə etmək gözəl əxlaqdan xəbər verir.

Çinin “Sohu” məcmuəsi Rusiya prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkellə görüşdən əvvəl ona gül dəstəsi hədiyyə etməsinə diqqət çəkib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, çinli jurnalistlər rəsmi görüşlərdən əvvəl Putinin xanımlara gül hədiyyə etməsi ənənəsinin onun xarakterindn xəbər verdiyini bildiriblər.

Məqalə müəllifləri ehtimal edirlər ki, prezidentin bu hərəkəti sərt və nəzakətli insan olan Putinin “romantikadan da hali” olmadığını nümayiş etdirir.

“Emosional intellekt onun yüksək IQ səviyyəsini tamamlayır”, - deyə məqalədə bildirilir.
Xatırladaq ki, almaniyalı kansler avqustun 20-də bu statusda Rusiyaya sonuncu dəfə səfər edib. Cümə günü Merkel Putinlə görüşüb, ayın 22-də isə Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Putin əvvəllər də Merkelə gül hədiyyə edib. Belə ki, 2018-ci ilin baharında Almaniyanın “Bild” məcmuəsində dərc olunmuş məqalənin müəllifi Soçidə keçirilən görüşdə Rusiya prezidentinin Almaniya kanslerinə gül hədiyyə etməsinin “bir siqnal” olduğunu qeyd edib.

Buna cavab olaraq prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyada qadınlara gül hədiyyə etmək tamamilə normal bir haldır. Onun sözlərinə görə iş yoldaşlarına və beynəlxalq münasibətlərdəki həmkarlara gül dəstəsi hədiyyə etmək gözəl əxlaqdan xəbər verir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)