Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
15:19, 15 avqust 2021
362
0

Əfqanıstan Prezidenti İstefa verdi


Əfqanıstanın keçmiş daxili işlər naziri Əhməd Cəlalinin keçid hökumətinin sədri vəzifələrini üzərinə götürdüyü bildirilir.

Əfqanıstan prezidenti Muhamməd Əşrəf Qani istefaya gedib. Bu barədə Sputnik Əfqanıstan yerli mənbələrə istinadən məlumat yayıb. Əl-Ərəbiyyə kanalının məlumatına görə, xəbər hələ rəsmən təsdiq olunmasa da, Əfqanıstanın keçmiş daxili işlər naziri Əhməd Cəlalinin keçid hökumətinin rəhbəri təyin olunduğu bildirilir.

Bir qədər əvvəl Əşrəf Qani video-müraciətində müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinə vətəndaşların təhlükəsizliyini təmin etməyi tapşırıb.

“Biz güc nazirliklərinə bütün vətəndaşların təhlükəsizliyinin təmin olunmasını tapşırmışıq. Bu bizim borcumuzdur və biz onu layiqincə yerinə yetirəcəyik”, deyə o bildirib.

Prezident həmçinin bildirib ki, üsyançılara, qarətçilərə və quldurlara qarşı ən sərt tədbirlər görüləcək.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)