Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Region
15:04, 14 avqust 2021
333
0

Hərəkat lideri ABŞ ordusunun İraqdan çıxmasını istəyir


İraqın "Milli Hikmət Hərəkatının" lideri Seyid Əmmar əl-Həkim ölkədəki ABŞ hərbi qüvvələri ilə bağlı açıqlama verib.

O, verdiyi açıqlamada vurğulayıb ki, ABŞ hərbi qüvvələri tez bir zamanda İraq torpaqlarını tərk etməlidirlər.

"ABŞ əsgərləri İraqdan çıxarıldıqdan sonra ölkədə sülh və suverenlikdən danışmaq olar. İraq xalqı bunu etmək əzmindədir", - deyə Seyid Əmmar əl-Həkim diqqətə çatdırıb.   

Seyid Əmmar əl-Həkim qeyd edib ki, "Həşd Şabi" hərəkatına qarşı yönəldilən boş ittihamlar da dayandırılmalıdır.

Eastnews.org



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)