Flaş / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan
Belarus prezidenti Aleksandr Lukaşenkoya "Azərbaycanın dostu" ordeni təqdim olundu
Orden rəsmi dövlət mükafatı hesab olunmur, "Mənim Azərbaycanım" beynəlxalq jurnalının redaksiya şurasının qərarı ilə verilən fəxri nişandır.
Dost Belarus respublikasının prezidenti Aleksandr Lukaşenko beş il bundan əvvəl fəxri ordenə layiq görülüb və nəhayət, "Mənim Azərbaycanım" jurnalının baş redaktoru tərəfindən bu mükafat ona təqdim edilib.
"Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko hələ 2016-cı ildə qiyabi şəkildə "Azərbaycan xalqına dost və qardaş münasibət, Azərbaycan və Belarus respublikaları arasında ikitərəfli əlaqələrin qurulması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi sahəsində göstərdiyi böyük xidmətlər müqabilində 001 saylı "Azərbaycanın dostu" qızıl ordeni ilə təltif olunub", – deyə "Mənim Azərbaycanım" beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Sputnik Azərbaycana bildirib.
Qeyd edək ki, sözügedən ordenə Azərbaycanın dostu olan və ictimai-siyasi, sosial-iqtisadi, mədəni, elmi-texniki, humanitar, din, idman və digər sahələrdə ölkələr arasında münasibətlərin inkişaf etdirilməsində xidməti olan xarici vətəndaşlar layiq görülür.
Baş redaktor təəssüflə bildirib ki, aradan keçən müddət ərzində ordeni Belarus rəhbərinə təqdim etmək imkanı olmayıb, ancaq avqustun 9-da o, prezidentlə görüşə bilib.
Ötən bazar ertəsi günü jurnalistlərin Belarus prezidenti ilə baş tutan söhbətindən sonra Emil Nəsirli ordeni şəxsən Aleksandr Lukaşenkoya təqdim edib.
Xatırladaq ki, son beş il ərzində bir sıra ölkələrin, o cümlədən, Türkiyə, Albaniya, Makedoniya və Qırğızıstanın prezidentləri, hökumət və parlament nümayəndələri, elm, təhsil, mədəniyyət və incəsənət xadimləri, diplomatlar və başqa görkəmli şəxslər sözügedən qızıl ordenə layiq görülüblər.
Sputnik.az
Mövzu linkləri:
Həmçinin oxuyun: