Flaş / Dünya / Siyasət-Dünya / Siyasət-Analitika
Polşaya Kalininqrad lazımdır: Münaqişə artıq başlayıb
Öz anti-Rusiya siyasətinin dar çərçivəsinə düşmüş Varşavanın mürəkkəb vəziyyətdən çıxmaq üçün çox məhdud alətlər seçimi var.
Elə indi keçmiş Varşava blokunun ölkələrindən birində geniş dünya ictimaiyyətinin gözündən kənarda potensial olaraq Avropanın enerji, ondan da vacibi, geosiyasi xəritəsini tamamilə yenidən formatlaya biləcək hadisələr cərəyan edir.
Söhbət Polşadan gedir. Avropa mediasının yazdığına görə, ölkənin enerji cəhətdən yenidən silahlanması yarışına iki yerli oliqarx və onlara məxsus şirkətlər qoşulublar. Oyunçulardan biri Mixal Solovov və onun Synthos şirkətidir. Bu şirkətin maraq dairəsinə kimya sənayesi daxildir. Onun opponenti rolunda ZE PAK konserninin sahibi, mediamaqnat Ziqmunt Solorj-Jak çıxış edir.
Bir ay əvvəl Solovov prinsipial razılaşma əldə olunduğunu elan edib. Razılaşma çərçivəsində ABŞ-ın GE Hitachi Nuclear Energy konserni 2033-2043-cü illərdə Polşa ərazisində hər biri 1-1,6 giqavatt gücündə 4 kiçik atom reaktoru tikməyi boynuna götürüb. Onun vizavisi daha məntiqli və həyata keçirilən təşəbbüslə çıxış edir. Lakin onun yolunda xroniki polyak rusofobiyası dayanır. Solorj-Jak nəyi təlkif edir – Kalininqrad vilayətinin ərazisindəki Baltika AES-in tikintisinə pul qoymaq və bununla Polşanın problemlərini həll edərək elektrik enerjisi tədarükü bazarında aparıcı regional oyunçu olmaq.
Bu vəziyyətin kökü tarixə və dəbdə olan ekoloji gündəmə gedib çıxır. İş ondadır ki, Polşa keçmiş Varşava bolkunun o yeganə ölkələrindəndir ki,ona keçmiş SSRİ-dən heç olmasa bir köhnə AES miras qalmayıb. Polşa energetikası bütövlükdə kömürün üzərindədir. 2019-cu ilin məlumatlarına görə, kömür elektrik enerjisi istehsalının təxminən 74%-ni əsasını təşkil edib. Kömür isə qərb dünyasında (təkcə orada yox) ekologiyanın böyük düşməni və qütb buzlarının qatili elan olunub.
Hazırkı vəziyyət təbii ki, Avropa Birliyini çox da qane etmir, lakin polyaklar ildən-ilə öz energetikalarını yaşıllaşdırmaq tələblərinə məhəl qoymurlar və haqlı olaraq bildirirlər ki, heç də balaca olmayan ölkənin elektrik stansiyalarının üçdə ikisini külək və günəş elektrik stansiyaları ilə əvəz etmək real deyil. Varşava ilə Brüssel arasında bu siyasi çəkişmə neçə ildir davam edir, lakin nəzərə alsaq ki, Polşa büdcəsi hər il Avropa xəzinəsindən 15-20 milyard avro həcmində qaytarılmayan dotasiyalar alır, polyak hökuməti donorların tələblərini təmin etməyin yollarını axtarmaq məcburiyyətindədir.
Ərazisində olan faydalı qazıntılardan Polşa yalnız kömür və bir qədər təbii qazla zəngindir. Sonuncunun ehtiyatları çox məhduddur və daxili hasilat tələbatın yalnız yarısını ödəyir. İldə doqquz milyard kubmetr həcmində çatmayan resursları polyaklar “Yamal” magistral qaz kəməri vasitəsilə Rusiyadan alırlar. Birləşmiş Ştatlardan sıxılmış qazın tədarükü xilasedici dərman olmadı və ümumi tələbatın 7 faizini təşkil edir.
Heç kim üçün sirr deyil ki, Polşa Rusiyanın Avropadakı istənilən enerji layihələrinin çoxdankı və qatı düşmənidir. Varşava ardıcıl olaraq bəyan edir ki, çox tezliklə Rusiya qazını almaqdan tam imtina edəcək və Baltikyanı respublikalartla ittifaqda “Şimal axını-2”nin həyata keçməsinin qarşısını almaq üçün bütün mümkün maneələri yaradır, yəni, Almaniya və Avstriyanın Avropanın əsas qaz habları olmaq cəhdlərininin qarşısını alır.
Öz anti-Rusiya siyasətinin dar çərçivəsinə düşmüş Varşavanın mürəkkəb vəziyyətdən çıxmaq üçün çox məhdud alətlər seçimi var. Daha düzü, yalnız bir variant var – atom energetikası.
Məntiq, iqtisadiyyat, coğrafiya və fizika deyirlər ki, polyaklar Rusiyaya nifrətlərini bir kənara qoyub onunla əməkdaşlıq etməyə başlamalıdırlar.
Polşa enerji defisiti olan ölkədir. Bu, o deməkdir ki, ölkə müstəqil surətdə özünün yaşaması üçün lazım olan elektrik enerjisindən azını hasil edir. Polşa enerji sistemindəhər onuncu kilovatt idxaldır. Lakin bu hamısı deyil. Əgər Polşanın xəritəsini götürüb elektrik stansiyalarının yerləşməsinə baxsaq, məlum olacaq ölkənin şimal-şərqində ümumiyyətlə generasiya obyektləri yoxdur. Yaxınlıqdakı İES-lər Varşavanın cənubunda və Qdanskın qərbində yerləşir. Baltika AES Litva ilə sərhəddə yerləşsə də, coğrafi cəhətdən elektrik cəhətdən xroniki defisit hiss edən iki Polşa bölgəsinə yaxındır. Polşa ilə sərhədədək magistral elektrik ötürmə xəttinin çəkilişi müasir texnoloji səviyyədə həll olunan vəzifədir.
Sputnik.az
Mövzu linkləri:
Həmçinin oxuyun:
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Valeri Korovin. "İmperiya ərəfəsində". Moskva-Tehran strateji oxu
Rusiyanın hipersəs raketləri F-35 və F-22-lərin fəaliyyətini heçə endirir