Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
Valeri Korovin: Latviya, Litva və Estoniyanın özləri haqqında nə düşündükləri bizim vecimizə də olmamalıdır.
Latviya, Litva, Estoniya və suverenlikləri böyük sual altında olan Avropanın digər dövlətlərinin özləri barədə nə düşündükləri Rusiyanı maraqlandırmamalıdır. Bu fikri rusiyalı politoloq, “Geopolitik Ekspertizalar Mərkəzinin” direktoru Valeri Korovin Layf dərgisinə müsahibəsində deyib.
O, Tallinin Moskvanın hərəkətlərinə cavab olaraq rus diplomatların Tallindən çıxarılması ilə bağlı bəyanatını belə şərh edib. Xatırladaq ki, Estoniya tərəfi Peterburqda fəaliyyət göstərən konsulu Mart Lyattenin həbs edilməsini provokasiya hesab edir.
“Əgər biz diplomat deyil, bir casus müəyyən ediriksə, onda biz başqa cür davrana bilmərik. Bizdən məlumat toplayıb Qərbə, oradan da ABŞ-a məlumat ötürən estoniyalı casuslar nəyimizə lazımdırki?” – deyə Valeri Korovin qeyd edib.
Onun sözlərinə görə, Estoniyanın Rusiyada strateji maraqları ola bilməz. Əgər estonlar öz həmvətənlərinin Rusiyada persona non qrata elan edilməsinə qarşı rusiyalı diplomatları öz ölkələrindən məcburi çıxarırlarsa, bu onların hüququdur. Bu cür praktika yüz illərdir ki mövcuddur deyə ekspert bildirdi.
“Latviya, Litva, Estoniya və digər dövlətlərin özləri haqqında nə düşündükləri bizim vecimizə də olmamalıdır. Onlar heç suveren dövlətlər deyillər. Milçək filin ətrafında var-gəl etsə nə olacaqki? Bu, sadəcə Avropadakı amerikayönümlülərin həmrəyliyidir.”
Ekspertin dediklərinə görə Vaşinqton Moskvaya nəyisə nümayiş etdirmək istəyəndə dərhal avropalı həmkarlarına müraciət edir. Nəticədə Rusiyanın öz müvazinətini itirməsinə hesablanan bir hərəkət – rusiyalı diplomatların xaotik şəkildə ölkədən çıxarılması baş verir.
Mövzu linkləri:
Həmçinin oxuyun:
RUS KƏŞFİYYATI TÜRKİYƏNİ XİLAS ETDİ
UKRAYNANIN MANDARİN REJİMİ XALQI İZTİRABLARA VƏ FACİƏLƏRƏ DÜÇAR ETMİŞDİR
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Valeri Korovin. "İmperiya ərəfəsində". ABŞ Rusiyaya informasiya müharibəsi elan edib