Flaş / Dünya / Gündəm / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
18:02, 08 avqust 2021
518
0

Azərbaycan Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşmasında əsas vasitəçi olmalıdır


Türkiyə xarici siyasətinin iki istiqaməti - vektoru vardır. Onlardan biri ABŞ-a yönəlib. Ya da Yaxın Şərqdə amerikan proksiləri adlandırıla biləcək ölkələrə yönəlib. İslam dünyasının amerikayönümlü qüvvələri Səudiyyə Ərəbistanı və Qətərdir. Türkiyənin özü isə radikal islamizmin Amerikanın məqsədlərinə xidmət etdirilməsi prosesində 3-cü qütb qismində çıxış edir. Lakin Türkiyədə ABŞ-a və regiondakı radikal islama yönəlmiş qütbünə alternativ vektor – avrasiyaçı vektor mövcuddur. Bu vektor çöxqütblü dünya nizamına, Rusiya, İran və Çin ilə yaxınlığa istiqamətlənib.

Türkiyənin bu iki xarici siyasət vektoru elita arasında əməlli-başlı mübarizəyə səbəb olmuşdur. ABŞ tərəfdarları Rusiya ilə münasibətlərin pisləşməsinin, digər tərəf isə əksinə, Rusiya ilə yaxınlaşmanın, ABŞ və NATO ilə məsafəli davranmağın tərəfdarıdırlar.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayib Ərdoğan bu iki qütb arasında balanslaşdırılmış siyasət yürütsə də Suriya münaqişəsində İŞİD-i dəstəkləyən Qərbin və Körfəzin sünni ölkələrinin tərəfində durdu. Bunun sayəsində Türkiyə Suriyanın Şimalına, türkmən əhaliyə və İŞİD-i dəstəkləyən strukturlara nəzarəti bərpa edə bildi. Bu isə Rusiyanın, İranın, o cümlədən, Bəşər Əsədi dəstəkləyən bir sıra digər ölkələrin maraqlarına zidd idi.

Azərbaycana gəldikdə isə, O burada Rusiya-Türkiyə münasibətlərinin hazırki inkişaf səviyyəsini öz maraqları baxımından qiymətləndirməli, Türkiyə-Rusiya münasibətlərində sülhyaradıcı, vasitəçi rolunda çıxış etməlidir.

Mənbə: Turan ekspressi telegram kanalı

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)