Flaş / Dünya / Gündəm / Siyasət-Dünya
Sergey Şoyqu: “ABŞ Əfqanıstandan çıxıb Orta Asiyada möhkəmlənmək istəyir”
“Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın Əfqanıstanla qonşu ölkələrdə öz hərbi iştirakını təmin etmək üçün “kifayət qədər fəal və israrlı danışıqlar apardığını” bildirib. Şoyqu bəyan edib ki, ABŞ Əfqanıstanda uduza biləcəyinin hamısını uduzub, indi isə Mərkəzi Asiyada möhkəmlənmək istəyir”.
Rusiyanın müdafiə nazirinin bildirdiyinə görə, hazırda Vaşinqton Əfqanıstandan qoşunların çıxarılması ilə eyni vaxtda “hansısa logistika mərkəzlərinin, hərbi texnikanın çıxarılması üçün bazaların yaradılması üçün” bütün qonşu dövlətlərlə danışıqlar aparır. Bundan başqa, Əfqanıstandan olan qaçqınların-orada ABŞ-la əməkdaşlıq etmiş adamların qəbul edilməsi üçün mərkəzlərin yaradılmasına dair danışıqlar gedir.
Şoyqu qeyd edib ki, həmin danışıqlar kifayət qədər fəaldır və israrlıdır. Üstəlik bunu heç gizlətmək də istəmirlər.
“Normal, sağlam məntiqdir: əgər hasarın bu tayında dayanacaqdınızsa, obrazlı desək, qapının açar dəliyindən orada baş verənləri izləyəcəkdinizsə nəyə görə çıxırsınız? Çıxmaq nəyə lazımdır? Ondan ötrü ki, sözün hərfi mənasında sərhədin bu tərəfində dayanasız? Cavab tamamilə aydındır: bu, Mərkəzi Asiya regionunda möhkəmlənmək cəhdidir. Təbii ki, Əfqanıstanda uduzulması mümkün olan hər şeyi uduzandan sonra”,-Sergey Şoyqu deyib.
Rusiyanın müdafiə naziri ABŞ-ı daha sonra Liviya və Suriyadakı vəziyyətə görə qınayıb. Deyib ki, Suriyadan açıq-aşkar neft, digər faydalı qazıntılar talan edilib daşınır. “Suriya dövlətinin razılığı olmadan”,-o qeyd edib. Eyni zamanda, Şoyqunun dediyi kimi, ABŞ Suriyanı sanksiyalarla boğur. Liviya isə onun sözlərinə görə, iki hissəyə bölünüb. “Oyuna regiondan kənar qüvvələr qarışanda olan olur”,-o bildirib.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Taliblər və türklər Əfqanıstanda vuruşacaqlarmı?
RUS KƏŞFİYYATI TÜRKİYƏNİ XİLAS ETDİ
Taliblər irəliləyir, ABŞ şəhərləri bombalayır: 100 min qaçqın – bu, hələ başlanğıcdır