Flaş / Gündəm / Siyasət-Region
13:57, 05 iyul 2021
323
0

Tiflisin mərkəzində vəziyyət gərginləşir


Tiflisdə vəziyyət get-gedə daha da gərginləşir. Şəhərin mərkəzinə həm LGBT tərəfdarları həm də əleyhdarları yığışaraq nümayiş keçirirlər. 

"Tbilisi Pride" təşkilatının əleyhdarları Parlament binasının yanında müxalifətçilərin qurduqları çadırları dağıdır, KİV nümayəndələrinə isə müxtəlif növ küt alətlər və su şüşələri tullayırlar. Polis vəziyyəti sakitləşdirməyə çalışır. 

Bundan başqa, Uşaq hüquqlarının müdafiəsi təşkilatı da "Tbilisi Pride"-ın aksiyalarını pozacaqlarını bəyan ediblər. 

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)