Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Analitika
"Dağlıq Qarabağ" getdi, Zəngəzur gəlsin- Azərbaycan beynəlxalq müzakirə mövzusunu dəyişir
İkinci Qarabağ müharibəsindən sonra tam sülhü təmin edəcək yekun müqavilənin imzalamaq əvəzinə, Ermənistan sərhədyanı bölgədə vəziyyəti bilərəkdən gərginləşdirir. Yaydığı yalan informasiyalarla dünya ictimaiyyətini çaşdırmağa, Qarabağ probleminin həll olunmadığı haqda səhv təsəvvür yaratmağa çalışır.
İrəvana bu cəsarəti verən ABŞ və Fransadkı bəzi dairələrdir. Qərbin erməni diasporunun təsiri altındakı jurnalistlərin Bakıda və İrəvanda səfərdə olarkən rəsmilərə "status" barəsində verdikləri suallar və məsələ ətrafında yenidən müzakirə mövzusu açmaq cəhdləri də bunun nəticəsidir. Azərbaycan Prezidentinin bu suallara verdiyi qəti və birmənalı cavablara baxmayaraq, Ermənistan rəsmiləri yenə də xarici diplomatlarla, siyasətçilərlə görüşlərində "status" məsələsini qabartmaqda davam edirdilər.
İlham Əliyevin AzTV-yə sonuncu geniş müsahibəsi isə həm ermənilər, həm də onların arxasındakı qüvvələr üçün şok terapiyası idi. Müsahibədə Zəngəzur mövzusuna daha çox vaxt ayrılması, kommunikasiyaların qarşılıqlı açılması və Ermənistanın sülh müqaviləsi imzalamasının daimi sülhə verəcəyi töfhə haqqında danışan Prezident bir daha qəti şəkildə bildirdi ki, artıq nə "Dağlıq Qarabağ" var, nə də "status".
- Bu müxatariyyət SSRİ rəhbərliyindəki ermənilərin təsirilə 1923-cü ildə Azərbaycanın ərazisində xalqın maraqlarına zidd olaraq yaradılmışdı. O vaxt vəziyyət belə idi ki, Azərbaycan bu qərarla barışmaq məcburiyyətində qaldı. Hətta Azərbaycandan bunu soruşmadılar belə. Amma 1991-ci ildə Azərbaycan Parlamenti çox doğru qərar verərək, heç bir hüquqi əsas olmadan yaradılmış müxtariyyəti ləğv etdi. Şarl Mişelin regiona səfəri zamanı "Dağlıq Qarabağ" ifadəsini işlətməməsi dövlət adamına xas müdrik davranışdır. Ermənistan bütün bunlardan birdəfəlik nəticə çıxarmalıdır. Nə "Dağlıq Qarabağ" var, nə də "status"! - prezident müsahibəsində bildirib.
Azərbaycan prezidentinin bu sözləri erməni siyasi elitası arasında ciddi polemikaya səbəb olub. Ermənistanda görürlər ki, beynəlxalq müstəvidə artıq Qarabağ deyil, Zəngəzur məsələsi müzakirə mövzusuna çevrilməyə başlayır. Azərbaycan diplomatiyasının gücü artıq erməniləri və onlara dəstək verənləri müdafiə mövqeyinə keçməyə məcbur edib.
Şahin Ömər
Azvision.az
Mövzu linkləri:
Həmçinin oxuyun:
Putin "Qarabağ münaqişəsi" demədi: Görüşün əsas nəticələri - TƏHLİL
Erməni beynini dumanlandıran Fransız konyakı: Ayılmaq vaxtıdır – TƏHLİL
Sərhəddəki erməni təxribatlarının “qara qutusu” - TƏHLİL
Rusiya Ermənistanın Avropa tərəfindən satın alınmasına hara qədər dözəcək?
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş