Dünya / Gündəm / Cəmiyyət-Mədəniyyət
13:50, 18 iyul 2021
341
0

74-cü Beynəlxalq Kann Film Festivalının qalibləri bəlli olub


74-cü Beynəlxalq Kann Festivalının qalibləri bəlli olub.

Demotiya.com ”gazeta.ru"ya istinadən xəbər verir ki, nəticələrə əsasən , “Qızıl Palma Budağı” mükafatını fransız rejissor Julia Dukornonun “Titan” filmi qazanıb.

Finlandiyalı rejissor Yuxo Kuosmanenin “6 nömrəli kupe” və iranlı rejissor Əsgər Fərhadinin “Qəhraman” filmləri Qran-pri mükafatına layiq görülüb.
Leos Karaks “Annett” filminə görə ən yaxşı rejissor, Rusuke Xamaquti “Mənim maşınımın sükanı arxasına keç” filminə görə ən yaxşı ssenarist seçilib.

Qeyd edək ki, 7 iyulda başlayan Kann Film Festivalının münsiflər heyətinə amerikalı aktyor Spike Li sədrlik edib.



Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)