Flaş / Dünya / Gündəm / Azərbaycan / Publisistika
9 MAY QƏLƏBƏ GÜNÜDÜR
Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.
Bu gün Böyük Qələbədən 78 il ötür.
Azərbaycan faşizm üzərində qələbəyə mühüm töhfə verib - 681 min nəfər cəbhəyə gedib, onların çoxu döyüş meydanlarında həlak olub. 77, 223, 271, 402 və 416-cı milli Azərbaycan diviziyaları yaradıldı. Faşist işğalçılarına qarşı mübarizədə göstərdiyi şücaət və igidliyə görə Azərbaycandan 100 mindən çox insan SSRİ-nin orden və medalları ilə təltif edilib, 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-də bu ən yüksək fərqlənmə dərəcəsi, döyüş əməliyyatları zamanı göstərdiyi şücaət və ya mühüm xidmətə görə verilirdi. Müharibədə çoxlu azərbaycanlı qəhrəman iştirak edib və onların hər birinin özünəməxsus xidmətləri, şücaətləri olub.
Müqəddəs müharibədə əziyyəti keçən, həlak olan hər kəsin ruhu qarşısında baş əyirik. Çox az sayda sağ qalan insanların isə əllərindən öpürük. Böyük Qələbəyə görə çox sağ olun!
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
Qəhrəman diyarın igid övladı
Həm SSRİ-nin, həm də ABŞ-ın oynatdığı yazıçı - Soljenıtsın niyə bu qədər ziddiyyətli idi?
Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir.
AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ