Flaş / Gündəm / Azərbaycan / Cəmiyyət-İdman
İndi neyniyək? Azadlıqda gəzən və "müəllim"lik edən psixopatların əlindən hara qaçaq? Övladlarımızı heç kəsə etibar etməyək?
2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb. Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb. Azyaşlı dərhal Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.
Sumqayıt şəhər prokurorluğundan bildirilib ki, hadisəni törədən 1994-cü il təvəllüdlü Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Mehman Xəlilov 2019-cu ildə Minskdə keçiriln İkinci Avropa Oyunlarında sambo idman növü üzrə bürünc medal qazanıb. O, həmçinin digər yerli və beynəlxalq yarşlarda da yüksək nəticələr göstərib.
Bayaqdan hadisənin videosuna baxıram və az qala ürəyim partlayır. Cəmiyyətimiz çox xəstədir, əziz həmvətənlərim. Heç bir təşkilat, qurum, idarə, vəzifəli şəxs, biznes subyekti və ya sosial fəaliyyətlə məşğul olan, bir sözlə, hər kəs həlləm-qəlləm işlərlə məşğuldur. Heç kəs öz yerində deyil. Heç kəs yoxlanılmır və ya lazımi qaydada yoxlanılmlır. İş qurmaq, işə qəbul olmaq, karyera yüksəlişi ictimai fəaliyyət, hətta xeyriyyəçilik etmək belə bir başqa cürdür bu ölkədə. ona görə də övladlarımızı bağçada, məktəbdə, xəstəxanada, reabilitasiya mərkəzlərində, idman dərslərində, yolu keçərkən və s. bu kimi adi həyat hallarında öldürürlər. Bunun bir sonu olmalıdır. Günü-gündən belə halların sayının çoxalması ondan xəbər verir ki, cəmiyyət olaraq tutulduğumuz mərəz yamanşiddətlənib. Əgər yaşamaq istəyiriksə, onda bu mərəzin səbəbini tapıb dəqiq diaqnoz qoyub həmin səbəbləri aradan qaldırmaq lazımdır. özü də təcili! Yox,əgər səbəbləri müəyyən edib aradan qaldırmasaq, ən vacibi isə vaxtında, onda hər kəs özündən küssün. Bu gedişatla, bu xalqın gələcəyi yoxdur. Bu gün öldürülən təkcə həmin uşaq deyildi. Onun yerində hər birimizin övladı ola bilərdi. Papağınızı qabağınıza qoyub düşünün, cənablar! bəsdir yatdınız! Hər şey düşünməklə başlayır.
Cəmil Şirvanov

Mövzu linkləri: