Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
ABŞ-ı defolt və iqtisadi fəlakət gözləyir - ABŞ maliyyə naziri

“Borclanma limitinin qaldırılmaması iqtisadi və maliyyə fəlakətinə gətirib çıxaracaq” deyə o, xəbərdarlıq edib. “Bu, 1789-cu ildən bəri ilk dəfə ola bilər ki, ABŞ hökuməti öz borclarını ödəyə bilməyəcək” - Yelen bildirib.
O, bu vəziyyətin "ABŞ-a iqtisadi cəhətdən təhlükəsiz ölkə kimi inamın itməsinə səbəb olacağını" bəyan edib. “Bizim valyutamız dünyanın ehtiyat valyutası kimi istifadə olunur, borc tavanının qaldırılmaması inanılmaz iqtisadi ziyana səbəb olacaq” - nazir bildirib.
Hazırda ABŞ Nümayəndələr Palatasına nəzarət edən Respublikaçılar Partiyası borc limitinin artırılmasına şübhə ilə yanaşır və dövlət xərclərinin azaldılmasının tərəfdarıdır. Ona görə də ABŞ maliyyə sistemini çox çmətin günlər gözləyir. Nəzərə alsaq ki, Respublikaçılar real iqtisadiyyat sektorunun dəstəyi ilə hakimiyyətə gəlirləe və onların məqsədi maliyyə oliqarxiyasını məhv edib sükan arxasına keçməkdir, ABŞ-ın maliyyə sisteminin çöküşü, o cümlədən, ona bağlı maliyyə bazarlarının böhran yaşayacağı ehtimalı böyükdür. Yeni dünya iqtisadi nizamında ABŞ iqtisadiyyatını layiqli yerə çıxarmaq üçün və gələcəkdə real iqtisadiyyat sektorunun qiqantları ilə rəqabət apara bilmək üçün ABŞ-da hakimiyyətdə olan maliyyə oliqarxiyası taxtından salınmalı, onun qurduğu idarəetmə sistemi sındırılıb yerinə başqası gətirilməlidir. Yoxsa ABŞ böhran içində çabalaya-çabalaya regional güc səviyəsinə enəcək, zəif qütblərdən birinə çevriləcək.
Mövzu linkləri: