Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya
16:47, 13 mart 2023
278
0

Anti-Rusiya sanksiyaları uğursuzluğa düçar olacaq və de-dollarizasiyaya ilə nəticələnəcək - The Daily Reckoning

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş müşaviri Ceyms Rikards “The Daily Reckoning” səhifəsində Qərbin Rusiyaya qarşı sanksiyalarının dünyanın de-dollarizasiyası üçün əsas olacağını deyib.

Rikards Qərbin, xüsusən də Amerikanın Rusiyaya qarşı sanksiyalarının uğursuzluğunun əsas amillərindən biri kimi digər ölkələrin Rusiya ilə ticarət aparmaq və ABŞ dollarından istifadə etməmək istəyi olduğunu bildirib.

“Dünyanın dörd ən böyük inkişaf etməkdə olan iqtisadiyyatı (Çin, Hindistan, Rusiya və İran) ABŞ-dan daha çox ümumi ÜDM-ə malikdir. Növbəti üç ölkə (Braziliya, Meksika və İndoneziya) bu G7-nin inkişaf etməkdə olan iqtisadiyyatına daxil edildikdə, ABŞ ilə fərq daha 4,6 trilyon dollar artır. Birlikdə götürdükdə, onlar nəzərə alınmayacaq qədər böyükdür” –deyə  MKİ-nin keçmiş müşaviri deyib.

O, əlavə edib ki, bu, anti-Rusiya sanksiyalarının uğursuzluğundan xəbər verir: "Əgər bu inkişaf etməkdə olan ölkələr sanksiyalarda iştirak etməsələr, Rusiyanın həddən artıq çox ticarət tərəfdaşı olacaq ki, sanksiyalar heç vaxt effektiv olmayacaq".

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)