Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Analitika / İqtisadiyyat-Region
10:00, 22 dekabr 2022
311
0

Xəzər-Fars Körfəzi kanalının tikinti planları haqqında nə məlumdur?

Vladimir Putin bu ilin yayında Aşqabadda keçirilən Xəzər sammitində həmkarlarının Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisi ilə bağlı təklifini tamamilə bölüşdüyünü vurğulayıb. Xəzər-Fars körfəzi gəmiçilik kanalı bu dəhlizin bir elementidir.
“Bu, Sankt-Peterburqdan İran və Hindistan limanlarına qədər uzunluğu 7200 kilometr olan nəqliyyat arteriyasının həqiqətən də irimiqyaslı layihəsidir” - Putin bildirib.

Layihə uzun müddətdir ki, müzakirə olunur. İlk dəfə Rusiya imperatorunun masasına belə təkliflər gəlirdi. Sonralar Stalin dövründə SSRİ Xəzər dənizində nəqliyyat qovşağı yaratmaq imkanını nəzərdən keçirdi. İndi isə layihə son dərəcə aktual olub və tərəflər bunu real olaraq qəbul etdilər. Bu yolun quru hissəsi - İranın Ənzəli və Bəndər Abbas limanları arasında dəmir yolu xətti artıq tikilir.

Kanalın həyata keçirilməsi Rusiyaya Türkiyə boğazlarından yan keçməklə Hind okeanı hövzəsinə ən qısa çıxış imkanı verəcək, təchizat zəncirlərini bərpa etməyə, onları genişləndirməyə və müasir nəqliyyat infrastrukturu yaratmağa imkan verəcək.
Digər Xəzəryanı ölkələr də təklif olunan kanalın çəkilməsində maraqlıdırlar - Azərbaycan, Qazaxıstan və Türkmənistan, Hind okeanı ölkələri və bu layihəni qismən maliyyələşdirməyə hazır olan Çin.

Təbii ki, bu, çox mürəkkəb texniki layihədir, İranın bütün ərazisindən (bəzi hissələrdə o, gəmiçilik üçün yararlı çaylardan keçəcək) keçən kanalın çəkilməsini nəzərdə tutur.
İranlı ekspertlərin fikrincə, bu arteriyanın tikintisi üçün ən azı 10 milyard dollar tələb olunur. Lakin layihənin özünün xərcini çıxarması istismarın beşinci ilində baş verə bilər.
Kanalın istifadəyə verilməsindən sonra üçüncü və ya dördüncü ildə Rusiyanın tranzit gəlirləri təxminən 1,4 milyard dollar, İranın isə təxminən 1,7 milyard dollar təşkil edə bilər.

Maraqlıdır ki, bu layihə 40 il əvvəl İrana qarşı tətbiq edilən sanksiyaların ilk paketində mövcuddur. Bu layihənin icrasına kömək edəcək ölkələr ən ağır sanksiyalarla hədələnib.Şübhə yoxdur ki, indi belə bir hay-küy qaldırılacaq. Lakin sanksiyalar öz sözünü deyib: mümkün olan hər şeyin tətbiq olunduğu şəxsləri yeni sanksiyalarla hədələmək mənasızdır. Layihənin əsas maliyyəçiləri və benefisiarları(fayda əldə edən) İran, Rusiya və Çindir. Onlar yeni sanksiyalardan qorxacaqlarmı?

Düzdür, yüksək xərc, texniki mürəkkəblik və başqa sanksiyaların risklərindən başqa çətinliklər də var. Məsələn, Xəzərlə bağlı istənilən layihənin həyata keçirilməsi yalnız Xəzəryanı dövlətlərin icmasının bütün üzvlərinin razılığı ilə mümkündür və bunda müəyyən fikir ayrılıqları var.
Deməli, Şimal-Cənub nəqliyyat dəhlizinin bu qolu istənilən halda işə düşəcək. Ənzəli-Bəndər Abbas dəmir yolu vasitəsilə olsa belə. Baxmayaraq ki, dəmir yolu xəttinin tikintisi asan başa gəlsə də, istifadəsi baha başa gəlir.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)