Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Korovinin yetişməyən məktubu - və ya Rusiya dövlət aparatının cinayətkarcasına səhlənkarlığı
Rusiyalı politoloq, filosof, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar mərkəzinin direktoru, İzbor klubunun üzvü Valeri Korovin bu yaxınlarda 2018-ci ildə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyquya amerikanların sononilliklərdə tətbiq etdikləri şəbəkə texnologiyaları, strategiyası haqqında məlumat verən və Rusiyanın da eyni strategiyadan istifadə edərək özünün əsas geopolitik rəqibinə zərbə vura biləcəyi ilə bağlı qapalı məktub yazıb. Lakin müəllifin bildirdiyinə görə, həmin məktuba nazirlik hələ də reaksiya verməyib. Müəllif bu barədə fikirlərini aşağıdakı kimi qeyd edir:
"Hələ 2018-ci ildə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyquya qapalı məktub yazmış, orada əsas geosiyasi rəqibimiz ABŞ-a təsir göstərmək üçün şəbəkə metodunun mahiyyətini açıqlamışdım. İdeya aşağıdakı şəkildədir (sonradan bunu ictimaiyyət qarşısında dəfələrlə ümumi şəkildə ifadə etmişəm.
Qərb, xüsusən də Amerika cəmiyyəti şəbəkələşib, yəni hər bir ABŞ vətəndaşı əlindəki internetli smartfonla birbaşa şəbəkəyə qoşulub. Bu, hər bir ABŞ vətəndaşına və ümumilikdə Qərb ölkələrinə birbaşa, yəni milli administrasiyaların başı üzərindən müraciət etməyə imkan verir.
Bu, deyək ki, sənaye müharibəsi dövründəki vəziyyətdən xeyli dərəcədə fərqlənir. Orada mərkəzdə “platforma” vardı, indisə postindustrial, postmodern kontekstində açılan “şəbəkə”dən söhbət gedir. Bu da adi silahlardan və xırda vasitələrdən istifadə etmədən əsas düşmənlə şəbəkə müharibəsi (hərbi aspektdə - şəbəkə mərkəzli) aparmağa imkan verir.
Başqa sözlə, düşmən dövləti onun ərazisinə girmədən və adi silahlardan istifadə etmədən, bir raket atmadan, bircə dənə də olsun zərbə endirmədən, bir təyyarəni də səmaya qaldırmadan məhv etmək olar. Üstəlik, düşmən ona qarşı müharibənin aparıldığını əsaslı şəkildə sübut edə bilməyəcək, onun yalnız şübhələri, zənləri, təxminləri, əsassız ittihamları olacaq. Böyük ehtimalla.
Ən əsası da şəbəkə müharibəsi adi, qaynar müharibədən xeyli ucuz başa gəlir. Nisbət təxminən belədir: xüsusi hərbi əməliyyata bir gündə səef edilən vəsaitə bir, hətta iki ay şəbəkə müharibəsi aparmaq olar. Effekt müqayisəolunmazdır. Birinci halda biz sərhədlərimiz yaxınlığında, əsas düşməndən on minlərlə kilometr aralıda, ikincidə isə birbaşa onun ərazisində vuruşuruq.
Biz müharibənin şəbəkə üsullarını öyrənməyə, mənimsəməyə və araşdırmağa illər sərf etdik. Ancaq yalnız GEM (Geopolitik Ekspertizalar Mərkəzi) və MED bazasında, dövlətin dəstəyi olmadan, müxtəlif idarələrin, ilk növbədə təhlükəsizlik və kəşfiyyat qurumlarının səylərini əlaqələndirmədən onu həyata keçirmək mümkün deyil.
Biz alqoritm, model yaratmışıq, prototip yarada bilərik, lakin onu yalnız dövlət səviyyəsində genişləndirə bilərik və şəbəkə müharibəsinin aparılması üçün toplanış məntəqəsi, əsas əlaqələndirici qərargah yalnız Rusiya hərbi idarəsi ola bilər. Müdafiə naziri Şoyquya ünvanladığım məktubda bəzi texnoloji təfərrüatları göstərmişəm.
Amma əsas problem bu məktubun ünvana çatdırmaqdır. Rusiya bürokratik sistemi elə qurulub ki, rəhbəri hər hansı kənar təmaslardan və məlumat mənbələrindən tamamilə təcrid edir. Bunda sadəcə heç kim maraqlı deyil.
Müavinlərin, müavinlərin müavinlərinin strukturu elə qurulub ki, heç kəs onlara yaxınlaşa bilməsin. Aşağı və orta səviyyədə çoxlu layiqli, fəal, passionar insanlar, əsl vətənpərvərlər və idealistlər var. Amma onlar yuxarı qalxmır, Sistem onları qəbul etmir. Ya da yalnız Sistemə adaptasiya olunduqdan sonra yüksəlirlər.
Rəhbərin “sanksiyalaşdırılmamış” informasiya əldə etməsi heç kimə lider lazım deyil, çünki o bununla maraqlana bilər və onda titullar, vəzifələr, pullar, imtiyazlar, gələcək pensiyalar və digər xoş şeylərlə təmin olunmuş insanların sıx cərgəsində icazəsiz, cəhənnəmin bütün pillələrini adlamamış, daha doğrusu, karyera nərdivanı keçməyən, vəzifə, titul uğrunda mübarizə aparmayan, tələ qurmayan, satmayan biri peyda ola və dərhal birinciyə yaxınlaşa bilər... Yox, belə olmaz.
Birincinin ətrafına keçilməz sədd çəkilir. Qaydalar sadədir: rəhbərə rəislərin başı üzərindən birabaşa müraciət etmək, nəsə vermək olmaz. Kim pozsa, dərhal Sistemdən qovulur. Rəisin vəzifəsi nə qədər yüksəkdirsə, bir o qədər ehtiyatlıdır. Təşəbbüs cəzalandırılır.
Kim heç nə etmədən sakit oturur, parıldamır, müdiri incitmirsə, o yaxşı işləyir və öz növbəsində titullar, vəzifələr alır. Komandiri təlaşlandıran, əsəbiləşdirən adamlar (bunlar, bir qayda olaraq, daha ləyaqətli, düşünən, fəal insanlardır) xoşagəlməz assosiasiyalar doğurur, illərlə, yəni “ağılları başlarına gələnə qədər” rütbə və vəzifə gözləyirlər.
Nə isə, artıq 2022-dir, ancaq 2018-ci ilin yayında yazılan məktub hələ də ünvana çatmayıb. Mən hələ ölkənin ictimai-siyasi strukturunda sonuncu adam deyiləm, geniş əlaqələrim var, bir çox yüksək vəzifəli şəxsləri, o cümlədən hərbi idarədəkiləri tanıyıram.
Məsələn, Müdafiə Nazirliyinin binasında altı polkovnik beyinlərini yoraraq, problemin həllinə düz saat yarım sərf etdilər: məktubu ünvanlanan şəxsə necə versinlər? Raport şəklində, məruzə şəklində, yoxsa qeyri-rəsmi formada? Bəlkə, sadəcə işə başlasınlar, amma necə? Bəs icazə? Bəlkə, outsorsinq? Ancaq Müdafiə Nazirliyinin Moskva vilayətində böyük büdcələri heç bir fayda gətirmədən yeyən onlarla mərkəzi var. Onlara birini də necə əlavə etsinlər, bunu necə əsaslandırsınlar? Onsuz da yüz var, yüz birinci nəyə lazımdır? Bəlkə institutlardan birinin idarəsinə versinlər, ancaq leytenant rütbəsi olan mülki şəxsin buraxılış məsələsini necə həll olunsun? Dörd il keçib, ancaq problem həllini tapmayıb.
Bu məktubu Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbərinə də çatdırmağa çalışdım. Amma orada eyni vəziyyətdir. Daha doğrusu, hər yerdə oradakı kimidir. Müavinlərdən biri vasitəsilə cəhd etdim, lakin o, “ehtimal olunan rəqib” və digər bu kimi ifadələr işlətdiyim elektron məktub göndərdiyimə görə məni qorxmuş halda məzəmmət etdi: Məsələn, şəbəkə texnologiyalarından istifadə etməklə keçmiş Ukrayna ərazisini strateji nəzarət altına qaytarmaq, yaxud Venesuela ərazisində şəbəkə əks-hücum mərkəzi təşkil edərək, oradan ABŞ-a qarşı şəbəkə müharibəsi aparmaq, şəbəkə hücumunu dəf etməklə bağlı fikirləri təəccüblə qarşıladı. Bunu necə etmək olar? AXI ABŞ müqəddəs inəkdir və ona toxunmaq olmaz. Dəhşət?! Bu da 2019-cu ilin reaksiyası. Yeri gəlmişkən, məktubu Təhlükəsizlik Şurasına Medvedevə və ya Patruşevə ötürmək də mümkün olmadı, orada da eyni şeydir.
İndi xüsusi hərbi əməliyyat başlayandan, Xarkov yaxınlığında geri çəkildikdən, həm hərbi, həm də mülki idarələrdə bütün çatışmazlıqlar aşkar edildikdən, əsas düşmənin kim olduğu aydınlaşdıqdan qərar qəbul edən mərkəzə zərbə endirmək (o, Kiyevdən çox uzaqdır) həmişəkindən daha aktualdır. Hazırda nüvə zərbələri mübadiləsi etmədən düşmənə öz ərazisində zərbələr endirmək üçün şəbəkə texnologiyaları son dərəcə aktualdır. Amma problem həll olunmayıb və olunma perspektivi də yoxdur. Rəhbərlərə məktub çatdırmaq qeyri-mümkündür və son 4 ildə buna cəhd edənlərin ümidi çoxdan tükənib. Amma bu çox vacibdir! Həm də həmişəkindən daha vacibdir!
Düşündüm ki, bəlkə sadəcə burada (sosial şəbəkədə) paylaşım? Burada heç olmasa kiminsə onu görəcəyinə ümid var. Bəli, məktub məxfidir, məzmununda hər kəsə uyğun olmayan çoxlu fikirlər var. Amma amerikalı “tərəfdaşlar” onsuz da hər şeyi bilirlər (bizimkilər isə bilmək belə istəmirlər). Bəli, bu bizim imkanlarımızı və niyyətlərimizi üzə çıxaracaq. Ancaq heç kəsə maraqlı deyilsə və tələbat yoxdursa, onların nə faydası var? Təbii ki, rəqiblər hazırlaşa, bəzi əks hərəkətlər edə bilərlər. Ancaq nə olsun, bizim tərəfdən ki heç bir hərəkət yoxdur. Əlbəttə, bu, çarəsizlik jesti olacaq (amma orada hansısa politoloqun və ya blogerin nə düşündüyü kimin vecinədir). Siz nə düşünürsünüz, əziz oxucular?"
Tərcümə: Nadir Qocabəyli
Mövzu linkləri:
Həmçinin oxuyun: