Flaş / Siyasət-Region / Siyasət-Azərbaycan
Peskov: Qarabağ münaqişəsi üzrə üçtərəfli razılaşmanın alternativi yoxdur
Hamı razıdır ki, Qarabağ üzrə üçtərəfli razılaşmanın reallaşdırılması önəmlidir və alternativi yoxdur.
Moskva və Bakı arasında təmaslar daimi əsasdadır, hamı razıdır ki, Qarabağ üzrə üçtərəfli razılaşmanın reallaşdırılması önəmlidir və alternativi yoxdur. Bunu Rusiyanın Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Azərbaycan tərəfi ilə təmaslar daimi əsasda davam etdirilir. Hamı razıdır ki, Qarabağ üzrə üçtərəfli razılaşmanın reallaşdırılması önəmlidir və alternativi yoxdur. Elə bu reallaşdırma çərçivəsində Ermənistan və Azərbaycan tərəfləri ilə təmaslar həyata keçirilir. Ötən gün ikitərəfli münasibətlər haqqında ətraflı danışıldı. Üçtərəfli razılaşmanın reallaşdırılmasının müxtəlif nüansları və təbii ki, ticari-iqtisadi əməkdaşlıq müzakirə olundu", - deyə Peskov "Putin və Paşinyanın danışıqlarının yekunlarına dair hər hansı bir razılaşma varmı və Azərbaycan tərəfi ilə hər hansı təmaslar planlaşdırılırmı", - sualına cavab verərkən bildirib.
Qeyd edək ki, ötən gün Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Moskvaya səfər edib, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənib - FƏRMAN
Tacikistan Əfqanıstanla sərhəddəki vəziyyətlə bağlı KTMT-dən kömək istəyib
ABŞ Əfqanıstandan çıxarkən belə xaos və terrorla ətraf ölkələrə təhlükə yaradır
Putin Əfqanıstanla bağlı söz verdi – Lazımı dəstək veriləcək
6-cı kolonun dövlətçiliyimizə qarşı yaratdığı təhlükə barədə