Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
21:26, 22 sentyabr 2022
614
0

Valeri Korovin: Yeni dünya nizamına transformasiya ağrısız olmayacaq

Beynəlxalq Avrasiya Birliyinin sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, politoloq, filosof Valeri Korovin özünün telegram kanalında dünyada baş verən geopolitik proseslərə dair qısa olaraq fikir bildirib. Azərbaycandilli oxucuların da marağına səbəb olacağını düşündüyümüz üçün həmin şərhi dilimizə tərcümə etdik. Beləliklə, Korovin yazır:

Biz dünya nizamının yenidən qurulması ilə bağlı geopolitik gərginləşmə dövründə yaşayırıq. Birqütblü dünya modelindən çoxqütblü dünya modelinə keçirik. Yeni, yəni çoxqütblü dünya nizamında bəşəriyyətin gələcəyini bir qütb deyil, bir neçə sivilizasiya qütbü konsensus əsasında müəyyən edəcək.

İstənilən qlobal transformasiya kimi bu yenidənqurma da ağrısız ola bilməz. Və biz indi mərkəzində Rusiyanın yerləşdiyi torpaq sivilizasiyası ilə əsas aktoru ABŞ olan Qərbin dəniz sivilizasiyası arasında sivilizasiyalararası qarşıdurmanın kəskinləşməsini müşahidə edirik.

Bu qarşıdurma ən azı son bir neçə əsrdə davam edib və indi də davam etməkdədir. Nə vaxtsa Qərb sivilizasiyasının mərkəzində Böyük Britaniya dayanırdı. O, İkinci Dünya Müharibəsinin nəticələrindən sonra çevrilib oldu sadəcə Britaniya. Nəticədə müstəmləkələrini, nüfuzunu, gücünü itirdi və ABŞ-ın protektoratını qəbul etməyə məcbur oldu. Bu gün Britaniya Amerikanın geosiyasi nəzarəti altındadır, qlobal qərarların qəbul edildiyi bütün əsas mərkəzlər Vaşinqtondadır.

Maraqlıdır ki, Qərb strateqləri və anqlosakslar həmişə çox sadə düsturlarla hərəkət edirlər. Bəzi strategiyalar, yanaşmalar və ya modellər onlar üçün bir, iki, üç dəfə işləyirsə, qarşı tərəfin, yəni bizim əks-strategiya hazırlamağımıza,  onların təkmilləşdirdiyi texnoloji yanaşmaları dayandırmağı  öyrənənə qədər onlardan istifadə etməyə davam edirlər.

Belə strategiyalardan biri Amerikanın “Anakonda strategiyası”dır. Şimal və Cənub arasında Amerika Vətəndaş Müharibəsi gedən zaman şimal qüvvələrinə rəhbərlik edən general Makklellan bu strategiyanın iqtisadi və daha sonra isə düşmənin strateji cəhətdən boğulmasını təmin etmək üçün bir neçə bəndini yazaraq onun əsasını qoymuşdur. Bu strategiya özünü praktikada əla göstərdi və Şimalı Cənub üzərində qələbəyə qazandı. Bundan sonra isə Avrasiyaya qarşı böyük geosiyasi oyunda istifadə olundu. İkinci Dünya Müharibəsindən sonra amerikalılar Avrasiyanın bir materik kimi boğulması üzrə uzunmüddətli strategiyalarını materiki mərhələli şəkildə mühasirəyə alaraq, onun ətrafında “Anakonda həlqəsini” yavaş-yavaş sıxıb daraldaraq reallaşdırmağa başladılar.

“Anakonda” strategiyasının hələ 19-cu əsrdə formalaşmış əsas parametrlərinə diqqət yetirək:

1. Ölkənin iqtisadi maraqları naminə hərbi əməliyyatlar aparmaq. Atlantist geopolitikanın Avrasiya sivilizasiya qütbünə qarşı atdığı addımların əsasında iqtisadiyyat dayanır. İdeologiyadan yalnız təbliğat örtüyü kimi istifadə olunur.

2. Əsas strateji fəaliyyət üsulu kimi iqtisadi blokadadan istifadə edilməsi. Qərb hələ də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməkdə davam edir.

3. Düşmənin silahlı qüvvələrinin əsas və güclü qruplaşmaları ilə həlledici toqquşmalardan yayınmaq. Qlobalist Qərb Rusiya ilə birbaşa nüvə qarşıdurmasından qorxur. Ukraynadakı xüsusi hərbi əməliyyatın lap əvvəlində ABŞ və NATO liderləri aydın və birmənalı şəkildə bildirdilər ki, onlar Rusiya Federasiyası ilə qarşılıqlı nüvə zərbələrinə səbəb ola biləcək müharibədə birbaşa iştirak etməyəcəklər.

4. Düşmənin silahlı qüvvələrinə qarşı mübarizənin əsas yükünü müttəfiqlərinin üzərinə yükləmək. İndi ABŞ-ın əsas müttəfiqi faktiki olaraq Amerika koloniyasına çevrilmiş işğal olunmuş Avropadır və Ukrayna silahlı qüvvələrinə Rusiya silahlı qüvvələri ilə toqquşmada “top yemi” rolu təyin edilib. Qərbin özü, NATO ölkələri, xüsusən də ABŞ müharibədən yayınır. Qərbdən olan təlimatçılar və hərbi müşavirlər qeyri-rəsmi, bir növ “məzuniyyətdə olan” “pensiyada olan” kimi və ya özəl hərbi şirkətlərin əməkdaşları kimi iştirak edirlər.

5. Düşmən dövlətin iqtisadiyyatını dağıdaraq, əhalisini terrora məruz qoyaraq qələbəyə çatmaq. ABŞ-ın hazırda etdiyi də budur. ABŞ-ın keçmiş prezidenti Obama tələsik elan etdi ki, Rusiya iqtisadiyyatı artıq “çilik-çilikdir” və yalnız bu tezisin növbəti hissəsini həyata keçirmək, yəni şəbəkə texnologiyalarının köməkliyi ilə maksimum sayda daxili münaqişələr, ziddiyyətlər, problemlər, vətəndaş qarşıdurmaları, hər hansı bir mübahisəli və ya münaqişə vəziyyətlərini şiddətləndirməklə dövlətimizin əhalisini terrora məruz qoymaq.

6. Və nəhayət, həm düşməni, həm də onun müttəfiqlərini rəqib kimi mübarizədən sıxışdırıb çıxarmaq.

Tərcümə: Cəmil Şirvanov


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)