Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
12:21, 25 avqust 2022
537
0

ŞƏT DÜNYA NİZAMININ GƏLƏCƏYİNİ MƏYYƏN EDİR


Avqustun 24-də Özbəkistanın paytaxtında ŞƏT ölkələrinin və müşahidəçi dövlətlərin müdafiə nazirlərinin görüşü keçirilib. Səkkiz ŞƏT ölkəsinin, dörd müşahidəçi dövlətin və altı dialoq üzrə tərəfdaş ölkənin hərbi idarələrinin rəhbərləri dünya əhalisinin demək olar ki, yarısını təşkil edən 3,6 milyard insanın maraqlarını təmsil edir və Daşkənddə dünya nizamının gələcəyini, o cümlədən, kollektiv Qərbin - ABŞ və NATO-nun ordakı yeri və rolunu böyük ölçüdə müəyyənləşdirirlər.

Bu görüşdə Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan və Belarusun hərbi nümayəndə heyətləri iştirak edib. Hərbi sahədə əməkdaşlıq məsələləri, regional və beynəlxalq təhlükəsizliyə çağırışlar, o cümlədən ABŞ-ın Rusiya və Çin ətrafında sabitliyi pozmaqla Avropa və Asiyanı “silkələmək” cəhdləri müzakirə olunub.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu görüşdə Şanxay Əməkdaşlıq Təşkilatının yeni dünya güc mərkəzi və “bərabərlik və qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası münasibətlər modeli” kimi artan rolunu qeyd edib. Rusiya ŞƏT-in döyüş potensialının artırılmasını təklif edir. Təşkilatın üzvü olan dövlətlərin müdafiə idarələri arasında operativ məlumat mübadiləsinə dair saziş layihəsi hazırlanıb.

Regional və qlobal təhlükəsizlik problemlərinin həllində ŞƏT-ə üzv dövlətlərin müstəqil kursu bütün dünya üçün nümunədir. Təşkilat səkkiz ölkədən ibarətdir: Rusiya, Çin, Hindistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan. Dörd dövlət - Belarus, Əfqanıstan, İran və Monqolustan müşahidəçi statusuna malikdir. Altı ölkə - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lanka dialoq üzrə tərəfdaşdır.

Planetdə bəşəriyyətin az qala yarısını birləşdirən təşkilatın analoqu yoxdur. Dünya düzəninin gələcəyi bu gün Avropa və ya Amerikada deyil, Asiyada - ŞƏT çərçivəsində müəyyən edilir. Sülhün və təhlükəsizliyin qorunması təşkilat üçün əsas prioritet olaraq qalır. 

Bu görüşün nəticələri təşkilatın gələcək inkişafı, məsuliyyət sahəsində sabitliyin möhkəmləndirilməsi üçün əsas olacaq. Sentyabrda Səmərqənddə bu konstruktiv prosesin davamını və inkişafını görəcəyik.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)