Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / Publisistika
Duqin: Qərbdə lider yoxdur, vaxtaşırı dəyişdirilən klounlar var
Beynəlxalq Avrasiya Hərəkatının lideri, İzbor Klubunun üzvü, rusiyalı politoloq, sosioloq, filosof, Aleksandr Duqin özünün telegram kanalında qərbdəki siyasi sistemdəki "liderlərin" rolu barədə qısa fikir bildirib. Onun fikrinə görə qərbdə əsl hakimiyyət üzdə olan liderlərdə deyil, başqa şəxslərdədir. Beləliklə, o, bu barədə yazır:
"Qərbdə növbəti bir lider yoxa çıxanda biz sevinirik. Fikirləşirik ki, bu, bizim haqlı olduğumuzun sübutudur. Axı bizimkilər heç yerə yoxa çıxmır. Bu aldadıcıdır. Müasir Qərb siyasətinin prinsipi ondan ibarətdir ki, orda ümumiyyətlə lider yoxdur, yalnız asanlıqla dəyişdirilə bilən klounlar var.
Onların müvəqqətiliyi uğurun ölçüsü hesab edilir. Qlobal oliqarxiya onları asanlıqla və təbii şəkildə dəyişdirir. Ancaq bu, uğursuzluq deyil: bu, belə də düşünülüb. Liberalizmdə hakimiyyət müqəddəslik haləsindən məhrum edilir və dağılır. Və onun əsl, həqiqi mərkəzi etibarlı şəkildə gizlədilir. Növbəti bir təlxək yox olur, amma mahiyyətcə heç nə dəyişmir. Və dəyişə də bilməz. Həqiqi qərar qəbul edən mərkəzi axtarıb tapmaq çox çətindir.
Həddindən artıq solçu mütəfəkkir və siyasətçi Régis Debret bir vaxtlar Fransanın güclü və parlaq prezidenti Fransua Mitteranın müşaviri olub. Debre bildirmişdi ki, Mitteran özü onun islahatlar proqramı ilə tam şəkildə həmfikir idi. Həm partiya, həm də hökumət eyni düşüncədə idi. Lakin Mitteranın prezidentliyi dövründə nəzərdə tutulanlardan heç bir şeyi əldə etmək mümkün olmadı.
Regis Debre isə hələ də bu görünməz müqavimətin mahiyyətini anlamağa çalışır... Əks istiqamətə yönəlmiş bu iradə haradan gəldi?
O iradə dağınıq, qeyri müəyyən şəkildə mətbuat, iqtisadi proseslər, mədəni cərəyanlar, təsadüfən formalaşan kimi görünən bir sıra şərtlər və şərait vasitəsilə ortaya çıxdı ...
Kimsə Fransanı prezidentin başı üzərindən və onun ən yaxın adamı vasitəsilə elə idarə etdi ki, onlar özləri belə idarəçiliyin mahiyyətini başa düşmədilər...
Bu, yaşadığımız bu günlərdə daha aydın görünür. Qərb ölkələrinin başında marazmatik qocalar, axmaqlar, cahillər, transgenderlər, klounlar bir-birini dəyişir, amma bu heç nəyə təsir etmir.
Onların gəlişini və ya gedişini lazım olduğundan artıq qiymətləndirməyə dəyməz. Müasir Qərblə hər şey bir az daha mürəkkəbdir ..."
Tərcümə: Cəmil Şirvanov
Mövzu linkləri: