Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
18:55, 26 iyun 2022
505
0

Hindistan Rusiyadan neft tədarükünü 50 dəfə artırıb


Qərbin anti-Rusiya sanksiyaları fonunda 2022-ci ilin aprelindən iyun ayına qədər Hindistan neft emalı zavodları Rusiya xam neftinin alışını 50 dəfə artırıb - The Economic Times Hindistan hökumətindəki mənbələrə istinadən yazır.

İndi Rusiya xammalı Hindistanın xaricdən aldığı bütün xam neftin 10%-ni təşkil edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, fevralın 24-dək bu göstərici belə alışların ümumi həcminin 0,2%-ni keçməmişdi.

Qeyd edilir ki, ötən ay Rusiya Səudiyyə Ərəbistanını keçərək Hindistana İraqdan sonra ikinci ən böyük neft tədarükçüsü olub.

Bundan əlavə sizə məlumat vermişdik ki, Qərbin anti-Rusiya sanksiyaları fonunda Rusiya Hindistana kömür tədarükünü 6 dəfə artırıb.


Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)