Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
18:35, 26 iyun 2022
423
0

Vitse-kansler: Qaz çatışmazlığı səbəbindən Almaniya iqtisadiyyatının bəzi sahələri bağlanacaq

Qaz çatmazsa, qaza ehtiyacı olan bəzi sənaye sahələri bağlanmalı olacaq. <...> O zaman bütün bazar və iqtisadi proseslər kəsiləcək.

Almaniyanın vitse-kansleri Robert Habek Der Spiegel jurnalına müsahibəsində bir sıra sənaye sahələri üçün bunun fəlakətli təsir göstərəcəyini bildirib.

Onun sözlərinə görə, söhbət bütöv regionların uzun müddət uzana bilən problemlərindən gedir. Habek deyib ki, qaza qənaət etmək üçün Almaniya kömürlə işləyən elektrik stansiyalarının istifadəsinə qayıdır.

Xatırladaq ki, Almaniyada son 73 ildə sənaye inflyasiyasının rekord 33,6%-i və Almaniyada kənd təsərrüfatı istehsalçılarının qiymətlərinin 39,9% artması barədə məlumat vermişdik.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)