Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika / İqtisadiyyat-Dünya / İqtisadiyyat-Analitika
Almaniyada son 73 ilin rekord qiymət artımı

2022-ci ilin aprel ayında Almaniyada kənd təsərrüfatı istehsalçılarının qiymətləri 39,9% artıb. Bu, 1961-ci ildə statistik müşahidələrin başlanmasından bəri ən yüksək qiymət artımıdır - Federal Statistika İdarəsi (Destatis) rəsmi olaraq elan edib. Əvvəlki rekord mart ayında qeydə alınıb - 34,7%
Süfrəlik kartofun 106,2%, taxılın 77,6%, kolzanın 77,1%, xiyarın 53,6%, südün 37%, qulançarın 32,6%, quş ətinin 27%, yumurtanın istehsal qiyməti 18% bahalaşıb. Kənd təsərrüfatı istehsalçılarının qiymət artımı Almaniyada kənd təsərrüfatı məhsullarının satış qiymətlərinin inkişafını təyin edir və birinci iqtisadi mərhələdə qiymət dəyişikliklərini göstərir. Bir qayda olaraq, bu, 3-6 aydan sonra istehsalçı qiymətlərinin artması son (istehlak) qiymətlərinin artımında əks olunur.
Almaniyada kənd təsərrüfatı istehsalçılarının qiymət artımının əsas səbəbi anti-Rusiya sanksiyaları və Ukraynadakı münaqişə olub.
Biz əvvəllər də xəbər vermişdik ki, Almaniyanın maliyyə naziri Kristian Lindnerin sözlərinə görə, “Bir çox alman anti-Rusiya sanksiyaları səbəbindən yoxsullaşa bilər” deyə xəbərdarlıq etmişdi.
Mövzu linkləri:
Həmçinin oxuyun:

Almaniyada elektrik enerjisində 440,8%-lik bahalaşma

Azərbaycanın əmək bazarı: Qiymətlər ceyran belində, qul əməyinə isə qəpik-quruş təklif edilir

ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?

Azərbaycanda xarici valyutalara tələb azalıb, əhali isə dayanmadan rubl alır

Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü