Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / İqtisadiyyat-Dünya
Deutsche Wirtschafts Nachrichten: Rusiya sanksiyaların təzyiqi altında nəinki ayaq üstə qaldı, həm də gücləndi
Almaniyanın Deutsche Wirtschafts Nachrichten nəşri yazır:
Qərbin Rusiya iqtisadiyyatını məhv etmək cəhdləri boşa çıxdı. O, nəinki sanksiyaların hücumuna tab gətirdi, həm də gücləndi. Bunu rublun dollara nisbətdə rekord artımı sübut edir. Görünür, Kreml iqtisadi müharibəyə yaxşı hazırlaşıb.
İlk növbədə neft və qaz satışından əldə edilən böyük gəlirlər Rusiyanın ayaq üstə durmasına kömək etdi. ABŞ-da və Avropada hamı Rusiyanın enerji resurslarına embarqo tətbiq etməklə hədələyir, lakin Moskva enerji resurslarını əvvəlkindən də böyük həcmdə Qərbə satmaqda davam edir. Hətta, görünür, Rusiyaya iqtisadi rəqib kimi çıxış edən Almaniya da bu il Moskvaya enerji tədarükü üçün görünməmiş məbləğ ödəyəcək və 2022-ci ildə mavi yanacağa görə Almaniyadan əvvəlki vaxtlara nisbətən iki dəfə çox pul çıxacaq.
Nəticədə Qərb bankirlərinin, analitiklərinin və maliyyə ekspertlərinin Rusiyada mümkün tənəzzüllə bağlı bütün proqnozları səhv çıxdı. Lakin Kremlin rəhbəri Vladimir Putinin Qərbin iqtisadi blitskriqinin iflasa uğraması barədə sözləri isə doğru çıxdı.
Mövzu linkləri:
Həmçinin oxuyun: