Flaş / Dünya / Gündəm / Siyasət-Dünya / Siyasət-Analitika
Britaniya Avropa Birliyini dağıtmaq istəyir
Cəmil Şirvanov
ABŞ-da və Avropa birliyində bahalaşma həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Bu da öz növbəsində iqtisadi inkişafı nəinki dayandırır, hətta Ümumdaxili Məhsulun həcmini, sadə dildə desək iqtisadiyyatın ümumi həcmi azaldır. ABŞ-da bu cür vəziyyətin vüsət alması ona gətirib çıxarıb ki, artıq iqtidarda olan liberalların rəqibləri ABŞ-ın hesabına Avropa Birliyi əhalisinin həyat səviyyəsinin aşağı düşməsinin qarşısını almağı doğru hesab etmirlər, buna yol vermək istəmirlər. Artıq elit qrupların ayrı-ayrı nümayəndələrinin deyil, bütövlükdə elitar qrupların bu məsələyə münasibəti neqativdir və bununla bağlı narazılıqlarını açıq şəkildə bildirirlər. Bu çağırışa qoşulanların elitar qruplar olduğunu nəzərə alsaq ABŞ-ın isteblişmenti gərgin iqtisadi-siyasi böhran içində təlatümlü yollarla irəliləməli olacaq. Və güman edirik ki, bu yol çox uzun olmayacaq.
ABŞ-ın siyasəti ilə razı olmayan elitar qruplar 3-cü dövlətlərin həyat səviyyəsini həyat səviyyəsi düşməkdə olan ABŞ-ın hesabına qoruyub saxlamağı yolverilməz sayırlar. Amma indiyə qədər Amerika siyasəti üçün tipik olan bu tendensiyanı heç kəs sorğulamırdı. İndi isə sorğulayanlar çoxalmaqdadır. Məhz ona görə də Ukraynanın tank yardımı edilməsi xahişinə Almaniyanın “pul verin, sizə tank düzəldək” cavabı amerikanları qane eləmədi və belə bir sxem yaratdılar ki, Almaniya öz arsenalında olan az qala 60-cı illərdə istehsal olunmuş köhnə tanklarını Ukraynaya tədarük edir, özü üçün isə ABŞ-dan yeni tanklar sifariş edir. Yəni pullar istənilən halda ABŞ-a gedir. Bu məsələnin xırda bir detalı. Digər daha böyük miqyaslı olan məsələ odur ki, Avropa Birliyi öz əhalisinin həyat səviyyəsini aşağı salmamaqdan ötrü yatırımlar edir. Bunu avronun emissiyası vasitəsilə edir. Lakin nəzərə almaq lazımdır ki, avronun emissiyası da Federal Rezerv Sisteminin gizli subsidiyası vasitəsilə edilir. Buna görə də ABŞ hökuməti artıq Avropa Birliyinin bu siyasətinə prinsipcə qarşı çıxır və o yatırımlara dəstək verir ki, həmin yatırımlar yalnız ABŞ iqtisadiyyatına xeyir gətirən infrastruktur layihələrinə yatırılmış olsun. Başqa sözlə ABŞ onun hesabına AB ölkələrində həyat səviyyəsinin qorunmasını istəmir. Bu siyasi xəttin qalib gəlmə ehtimalı çoxdur. Çünki belə bir böhranlı vəziyyətdə bu siyasi xəttin qalib gəlməməsini düşünmək üçün heç bir tutarlı əksarqument yoxdur. Belə olan halda Brüsseldəki harınlaşmış liberal elitanın vəziyyəti heç də yaxşı olmayacaq. Onlar onsuz da Fransanı öz əllərində güc-bəla ilə saxlaya bildilər. Bundan sonra isə başqa ölkələr üzrə də kütləvi surətdə problemlərlə üzləşəcəklər.
Bundan əlavə, unutmaq lazım deyil ki, Avropa Birliyinin dağılması uğrunda Britaniya titanik güc sərf etməkdədir. Əslində bu, başa düşüləndir, çünki Britaniya bu böhranın sonunda özünün valyuta zonasını əldə etmək istəyir. Londonun ümid etdiyi ssenari bundan ibarətdir ki, Britaniya qərbi Avropanı öz nəzarətinə götürür, şərqi Avropanı isə taleyin ümidinə buraxır. Aydın məsələdir ki, Polşanın, Bolqarıstanın, Rumıniyanın, Baltikyanı ölkələrin taleyi Qərbdə heç kəsi maraqlandırmır. Ümumiyyəltə Şərqi Avropanın heç bir xalqının taleyi onları maraqlandırmır. Macarıstan artıq Rusiya ilə əlaqələri möhkəmləndirməklə özünü sığortalamış sayıla bilər. Slovakiyanın rusofob baş nazirini çıxsaq dövlət siyasətində ümumilikdə Rusiya ilə yaxınlaşmanın tərəfdarıdır. Macarıstan, Çexiya, Slovakiya, Sloveniya, Avstriya, ola bilər ki, İtaliyanın və Almaniyanın bir hissəsi yeni "Avstriya-Macarıstan" dövlətini yarada bilərlər. Nəzərinizə çatdıraq ki, bu, Britaniyanın həyata keçməsini istədiyi ssenaridir. Belə olan halda Almaniyanın şərqi, Polşa, Baltikyanı dövlətlər, Slovakiya və Balkan dövlətlərinin bir hissəsi Rusiyanın nəzarətinə keçəcək. Bu zaman Rusiyanın necə hərəkət edəcəyi isə ayrıca mövzudur. Düşünürük ki, belə olan təqdirdə Rusiyanın etməli olduğu iş heç nə etməmək, gözləmək, Baltikyanı, Polşa və digər dövlətlər qeyri-dost dövlətləri elan edilmək, onlarla ticarət əlaqələri kəsilmək, heç bir yardım göstərilməmək, keçmiş SSRİ vətəndaşlarına Rusiya vətəndaşlığı almaq üçün şərait yaratmaq, sərhəddi yalnız rusiya passportu olan insanların üzünə açmalı və s. və ilaxır. olmalıdır. Bir sözlə qanuni, lakin qeyri-dost dövlətləri üçün xoşagəlməz addımlar atmalıdır. Sərt olmalı, yumşalma üçün isə konkret tələblər irəli sürülməlidir. Məsələn, rusofob qanunlarının ləğvi, Rusiyaya münasibətdə “işğalçı” sözünü işlətməyə görə cəza təyin etmək, Rusiya ilə əlaqəli şəxsləri qısnamaqda təqsirli olan şəxslərin cəzalandırılması, lyustrasiyanın təşəbbüskarlarının və fəallarının cəzalandırılması və s. Əgər Britaniya ssenarisi reallaşacaqsa, Rusiya bu cür hərəkət etməlidir.
Qısası, Brinayiyaya Avropa Birliyinin dağılması lazımdır. Amerikaya isə öz daxili iqtisadi problemlərini Ukrayna probleminin arxasında gizlətmək. Buna görə də onların hər ikisi Avropa Birliyini elə bir vəziyyətə salmaqda maraqlıdırlar ki, Birlik onun özünün dağılmasına səbəb olacaq qərar və ya qərarlar versin. Məhz buna görə də Britaniya özünün bütün imkanlarından maksimum istifadə edəcək ki, Polşa özünün tarixi torpaqları saydığı Ukraynanın qərb hissəsinə qoşun yeritsin. Əgər bu baş verərsə, məntiq onu deyir ki, bu zaman Polşanı NATO-dan çıxaracaqlar. Çünki Polşa bu zaman öz səlahiyyətlərini aşaraq Alyansı lazımsız müharibəyə çəkməkdə ittiham ediləcək, və bu barədə onu ittiham edənlər haqlı olmuş olacaqlar. Amma Avropa Birliyindən çıxış belə asan baş verə bilməz. Əgər çıxış prosesinin bəlli olmadığı, uzun bir proses olduğu Avropa Birliyində olan Polşanın Rusiya ilə müharibəyə girməsi o demək olacaq ki, Avropa Birliyi Rusiya ilə müharibə şəraitinə düşmüş olacaq. Bu isə Birlik üçün intihar olacaq. Bu zaman NATO kənarda duraraq bizlik deyil deyəcək. Hadisələrin məhz bu cür inkişafı üçün London əlindən gələni edəcək. Litva seyminin Rusiyanı terrorçu dövlət kimi tanıması barədə qətnamə qəbul etməsi də buna hesablanmış provokasiyalardan biridir. Baltikyanı ölkələr və Polşanın Rusiyanın üstünə qısqırdılması həm də Rusiyaya Kalininqrada quru yolla koridoru tutmaq üçün bəhanə verə bilər. Lakin bu məsələ Rusiyanın nə dərəcədə buna həvəsli və hazır olmasından asılı olacaq. Amma bir də belə bir tarixi fürsətin 100 ildən sonra ələ düşə bilmə ehtimalını nəzərə alaraq usiya bu fürsəti əldən verəcək qədər axmaq və ya zəif deyil.
Britaniyalıların belə bir ssenari üçün dəridən-qabıqdan çıxdıqları onu göstərir ki, London Avropa Birliyinin dağılması üçün əlindən gələni edir və bundan sonra da edəcək. Yeni, çoxqütblü dünya konfiqurasiyasında özünün valyuta zonası olmayan dövlət qütb ola bilməz. Britaniya isə həmişə özünü imperiya kimi görmək istəyir. Və buna görə də onun Avropa Brirliyinin qalıqları üzərində yeni iqtisadi-siyasi qütbünü yaratmaq istəyinin motivi başa düşüləndir. Görünür, bir müddət əvvəl baş tutan Brexit bu günlər, yuxarıda qeyd edilən ssenarini həyata keçirmək üçün atılan ilk addım olmuşdu.

Mövzu linkləri: