Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan / Siyasət-Analitika
Sahil İsgəndərov: "Brüssel görüşündən müsbət heç nə gözləmirəm"
Politoloq Sahil İsgəndərov Sputnik.az saytına verdiyi “Soçi görüşünün nəticələri və Brüssel görüşündən nələr gözləmək olar" mövzusunda müsahibəsində qeyd edib ki, Ermənistan nəinki üçtərəfli sazişlər üzrə öhdəlikləri yerinə yetirmir, hətta hər cür şəkildə məsuliyyətdən yayınmağa çalışır. Politoloqun sözlərinə görə, ölkə liderlərinin Soçi görüşü Azərbaycanın ədalətli mövqeyinə dəstək mühitində keçib.
“Putin Paşinyanı bu görüşə dizin-dizin süründürüb gətirdi və lazım olan şərtləri qəbul etməyə məcbur elədi. Putin Soçi görüşündəki çıxışlarında məhz İlham Əliyevlə apardığı danışıqlara və Əliyevin mövqeyinə istinad elədi. Bu elə-belə şey deyil. Bu o deməkdir ki, Rusiya üçün Azərbaycanın mövqeyi önəmlidir. Paşinyan Soçi görüşünün 9 noyabrda keçirilməsi planını pozmuşdu. Putin buna görə onu cəzalandırmalı idi. Putin həm öz imzasına hörmət edən adamdır, həm də belə şeyləri bağışlayan adam deyil” – deyə politoloq əlavə edib.
İsgəndərovun fikrincə “Brüssel görüşünün təyin olunması və Brüsselin dövriyyəyə daxil olması Putini qane edə bilməzdi. Çünki Putin Azərbaycanın qələbəsində payı olan, əziyyəti olan adamdır. Brüsselin işi “nə yoğurdum nə yapdım, hazırca kökə tapdım işinə döndü. O, Qərbin bu qələbənin nəticələrini ondan oğurlamasına imkan verə bilməzdi. Qərb məhz bu qələbəni bölüşmək deyil, oğurlamaq istəyir. Putinin vasitəçiliyi ilə 16 noyabr hadisələrindəki əsirlər qaytarıldı və mina xəritələri Azərbaycan tərəfinə təhvil verildi".
“Brüssel bu neçə ildə münaqişənin həll edilməsi istiqamətində bir dəfə əlini tərpədib hərəkət eləmədi. İndi xeyirdimi ortalığa düşüblər? ”
Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə gözlənilən görüşündən danışan analitik qeyd edib ki, Qərb bu məsələdə həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib. O münaqişənin ədalətli həll edilməsinə heç bir töhvə verməyib. Əksinə, Ermənistanın haqsız mövqeyini dəstəkləyib, onlara külli miqdarda maddi yardıma qədər ediblər.
“Düşünürəm ki, Brüsseldə iki əsas məsələ qaldırılacaq: 1. Əsirlərin tam qaytarılması; 2. Qarabağdakı ermənilərin statusu məsələsi. Orda dəhliz məsələsi xala xətrin qalmasın deyib əsas qaldırılan məsələlərin gözünə qatıb müzakirə edəcəklər ki, onların qərəzliliyi elə də gözə çarpmasın.
Artıq Brüsselin ortada müsbət kontekstdə verəcəyi hansısa təklifi qalmadı.
Brüssel ABŞ-ın bir növ yamağıdır. Əgər Avropa birliyi, Amerika Birləşmiş ştatları sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılmasını istəsəydilər bunun üçün əməli tədbir görərdilər. Müharibə bitən kimi ermənistana 2,6 milyard avro ayırıb onun mövqeyinin möhkəmlənməsinə rəvac verməzdilər. Əraziləri dağılan Azərbaycana isə 1 avro belə yardım etmədilər”.
Politoloqun fikrincə, Qərb həmişə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib və indi də bu mövqeyindən əl çəkmək fikrində deyil.
"İndi onlar bizə başlanğıc nöqtəyə qayıtmağı və hər şeyi sıfırdan başlamağı təklif edirlər. Ona görə də Brüssel görüşündən müsbət heç nə gözləmirəm", - İsgəndərov bildirib.
Müsahibəni geniş şəkildə aşağıdakı videodan izləyə bilərsiniz.
Mövzu linkləri:
Həmçinin oxuyun:
ŞEYX ŞAMİL: İMAM, YOXSA QULDURBAŞI?
“Ermənistan dövlətçiliyi yoxolma ərəfəsindədir” - Valeri Korovin (Müsahibə)
Valeri Korovin: Rusiya Çeçenistanda çeçenlərlə deyil, Amerika ilə döyüşürdü
Putin "Qarabağ münaqişəsi" demədi: Görüşün əsas nəticələri - TƏHLİL
Erməni beynini dumanlandıran Fransız konyakı: Ayılmaq vaxtıdır – TƏHLİL