Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region
Rusiya sülhməramlıları indiyədək 1960-dan çox meyit təhvil vermişdir
Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları Ermənistan və Azərbaycan tərəfinə 1960-dan çox meyit təhvil vermişdir.
Bu barədə Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin komandan müavini, Qarabağdakı sülhməramlıların keçmiş komandanı Rüstəm Muradov məlumat verib.
Muradov əlavə edib ki, Rusiya sülhməramlıları indi də hər iki tərəfdən ölmüş şəxslərin meyitlərinin axtarışı ilə məşğuldur:
“Sülhməramlılar 1960-dan çox həlak olmuş şəxslərn meyitləri Azərbaycan və Ermənistanın yerli hakimiyyət orqanlarına təhvil vermişdir. Bu günə qədər də axtarış tədbirlərini davam etdiririk. Bundan başqa, hər iki tərəfdən 100-dən çox əsir düşmüş şəxs bizim vasitəmizlə azad edilib öz vətənlərinə qaytarılmışdır”.
Qeyd edək ki, sülhməramlılar tərəfindən təhvil verilən meyitlərdən 1700-ü erməni hərbi qulluqçularına və mülki əhalisinə, 260-ı isə azərbaycanlı hərbçilərə məxsus olmuşdur.
Mövzu linkləri: