Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan
17:03, 28 sentyabr 2021
479
0

Moskvada Xəzərdə əməkdaşlıq mövzusunda müzakirələr aparılır


Moskvada “Rusiya, Azərbaycan və İranın Xəzərdə əməkdaşlığı. Sənaye kooperasiyası və tranzit potensialı” mövzusunda beynəlxalq "dəyirmi masa" keçirilir.

Məlumata əsasən, tədbirin təşkilatçıları “Şimal-Cənub” Politologiya Mərkəzi“Baku Network” ekspert platformasıdır. Tədbirdə “Xəzər beşliyi” ölkələrini təmsil edən dövlət, elmi və ictimai təşkilatların Xəzər regionu üzrə aparıcı mütəxəssisləri iştirak edirlər.

"Dəyirmi masa"nın əsas iştirakçıları arasında Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin rəhbəri Ruslan Əliyev, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İran SiyasiBeynəlxalq Tədqiqatlar İnstitutunun Prezidenti, 2013-2016-cı illərdə İranın xarici işlər nazirinin müavini olmuş Seyid Məhəmməd Kazem Səcapur, “Azad Zona" Təşkilatının sədri və baş direktoru Əli Osat, Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndələri və başqaları var.

Müzakirələrdə Azərbaycanı Rusiyadakı ticarət nümayəndəliyinin baş məsləhətçisi Namiq Xəlilov, “Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə, Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal QuliyevADA Universitetinin prorektoru Fariz İsmayılzadə təmsil edirlər.

Tədbir iştirakçıları dəniz və çay kommunikasiyaları, Rusiya, Azərbaycan və İranda gəmiçiliyin, habelə birgə kooperasiya layihələrinin inkişafı, Xəzər regionu ölkələrində gəmi rabitəsinin inkişafı perspektivləri, yeni turizm marşrutlarının açılması məsələlərini müzakirə edəcəklər.

Ctrl
Enter
Səhv gördün
Mətni seçin və Ctrl+Enter
Şərh yaz (0)