Flaş / Gündəm / Azərbaycan / Siyasət-Region / Siyasət-Azərbaycan
Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılmasını nə üçün tələsdirir?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla son telefon danışığı sosial şəbəkələrin erməni seqmentində, o cmlədən rəsmi İrəvanın siyasi dairələrində müzakirələrə səbəb olub.
Erməni politoloq Benyamin Matevosyan tərəflərin son telefon danışığını şərh edib. Matevosyan bildirib ki, Moskvanın əsas məqsədi Cənubi Qafqazda yeni müharibənin qarşısını almaqdır.
Erməni politoloqun fikrincə Ceyhun Bayramov və Sergey Lavrov kommunikasiyaların blokdan çıxarılması məsələsini müzakirə ediblər.
Matevosyan hesab edir ki, hazırda bu məsələnin aktuallaşması təbiidir, çünki Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib və yeni hökumət formalaşdırılır. Bu səbəbdən də ölkə daxilində siyasi proseslərin güclənəcəyi istisna edilmir:
“Biz başa düşməliyik ki, Rusiya üçün hazırda ən vacib məsələ Cənubi Qafqazda yeni bir müharibənin baş verməsinin qarşısını almaqdır. Kreml bunun baş verməməsi üçün hər şey edir. Moskva Türkiyənin Qarabağ müharibəsinin nəticələrindən narazı olduğunu da yaxşı bilir. Çünki qlobal miqyasda Türkiyə hələ heç nə əldə etməyib. Nə Aərbaycanda hərbi baza yerləşdirib, nə də ki, infrastruktura nəzarət etmək imkanı qazanıb” – Matevosyan vurğulayıb.
Mövzu linkləri:
Həmçinin oxuyun:
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
Putin "Qarabağ münaqişəsi" demədi: Görüşün əsas nəticələri - TƏHLİL
Paşinyanın manevrləri (sər)həddini aşır - Şərh
Erməni beynini dumanlandıran Fransız konyakı: Ayılmaq vaxtıdır – TƏHLİL
Rusiya Ermənistanın Avropa tərəfindən satın alınmasına hara qədər dözəcək?