Flaş / Gündəm / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Azərbaycan
ABŞ Konqresi: Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisindən çıxarılmalıdır
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ketrin Klark Azərbaycana hərbi yardımın dayandırılmasının və erməni xalqına dəstəyin vacibliyini qeyd edib.
Qalanews bu barədə NBC-ə istinadən xəbər verir.
"Azərbaycan Silahlı Qüvvələri dərhal erməni torpaqlarından çıxmalı və artıq bir neçə nəfərin həyatını itirən zorakılığa son qoymalıdır. Fəxr edirəm ki, Frank Pallonenin Azərbaycanın hərbi maliyyələşdirilməsinin dayandırılması və erməni xalqının dəstəyi haqqında düzəlişinə səs vermişik", - konqresmen twitter-də qeyd edib.
Xatırladaq ki, amerikalı hüquqşünas və siyasətçi, Demokrat Partiyasının üzvü Frank Pallone Konqresdə çıxış edərək Azərbaycana maliyyə yardımının dayandırılması ilə bağlı təklifini təqdim etmişdir. Konqresmen Qarabağda yaşayan ermənilərə kömək göstərməyin zəruriliyini bildirib. Nümayəndələr Palatası isə onun düzəlişini təsdiqləyib.
Mövzu linkləri:
Həmçinin oxuyun: