Flaş / Azərbaycan / Siyasət-Dünya / Siyasət-Region / Siyasət-Azərbaycan / Publisistika
Qərbin Bakı-Tbilisi-Vilnyus-Kiyev cinayət seriyası
Litvada demokratiya fantan vurur.
Müxalifətçi Paletskisə 6 il yüklədilər getdi. İttiham Rusiyanın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olma. Maraqlısı budur ki, təqsirləndirilən şəxsə qarşı ən mötəbər dəlil kimi Bertauskas adlı şəxsin ifadəsi təqdim edilib. Başqa heç nə.
Düzdür, rayon məhkəməsinin qərarından şikayət vermək imkanı qalır, amma qərarın dəyişəcəyi gözlənilmir.
Əslində olan isə Paletskisin 1991-ci il hadisələrinin rəsmi versiyasını şübhə altına aldığına, hakimiyyətdən hadisələr barədə məntiqli,əsaslandırılmış izahat tələb etməsinə görə həbs edilib.
Rəsmi versiyaya görə 13 yanvar 1991-ci il tarixində sovet ordusunun hərbi qulluqçuları Teleqüllədə insanlara atəş açmışdır. Lakin indiyədək ortaya heç bir inandırıcı sübut qoyulmayıb.
Xatırladaq ki, eyni ssenari eyni vaxtlarda Tbilisidə və Bakıda da həyata keçirilmişdi. 23 il sonra Kiyevdə Maydan mitinqləri zamanı da oldu.
Snayperçilərdən ibarət xüsusi dəstə mülki əhaliyə atəş açmaqla insan ölümlərinə səbəb oldular və bu hadisə xalqı mərkəzi hakimiyyətə qarşı daha da şiddətlə qaldırmaqda əhəmiyyətli rol oynadı. Əgər qoşunların yeridilməsində məqsədin konstitusion qayda-qanunu yaratmaq, əhali arasında olan təxribatçı qrupları zərərsizləşdirmək olduğunu nəzərə alsaq bu halın baş verməsi mərkəzi hakimiyyətin əlinə oynamırdı. Açıq-aşkar 3-cü qüvvənin əli var belə hadisələrdə.
Xatırlatma üçün deməliyik ki, Həmid Herisçinin 7 il əvvəl verdiyi geniş müsahibədə Azərbaycanda bu cür təxribatların törədilməsi üçün Türkiyədən kəşfiyyat zabitlərinin gətirildiyini demişdi. Onların həm 20 yanvar hadisələrində, həm də Xocalı hadisəsində iştirakına dair əsaslı şübhələrin olduğunu söyləmişdi.
Bundan başqa, Kiyevdəki sonuncu maydan hadisələrində gürcü snayperlərin iştirakı barədə əsaslı şübhələrin olduğu var. Sadəcə hələ də hakimiyyətdə həmin maydan nəticəsində hakimiyyətə gələnlər olduğu üçün işin əslinin araşdırılmasına imkan verilmir.
Mövzu linkləri:
Həmçinin oxuyun:
RUS KƏŞFİYYATI TÜRKİYƏNİ XİLAS ETDİ
Valeri Korovin. "İmperiya ərəfəsində". Rusiya-Hindistan əlaqələrində yeni epoxa
Rusiyanın məxfi silahı Avropanın düz mərkəzində
Valeri Korovin. "İmperiya ərəfəsində". "Anakonda" ilə döyüş
Valeri Korovin. "İmperiya ərəfəsində". Milli Təhlükəsizlik Konsepsiyasında geopolitik metod